Elit layihəsi çərçivəsində seleksiya xarakterli futbol turniri təşkil olunub
sizinxeber.az xəbər saytı

Elit layihəsi çərçivəsində seleksiya xarakterli futbol turniri təşkil olunub


Elit layihəsi çərçivəsində seleksiya xarakterli futbol turniri keçirilib.

"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Milli Komandaların Təlim-Məşq Mərkəzində baş tutan turnirin təşkilində əsas məqsəd müxtəlif komandalarda çıxış edən istedadlı futbolçuların izlənilməsi və Elit layihəsinə cəlb olunması üçün seçim prosesinin aparılmasıdır.

2013-cü il təvəllüdlü futbolçulardan ibarət 19 komanda arasında keçirilən yarışın qalibi "Ağsu City" olub. 2014-cü il təvəllüdlü futbolçulardan ibarət 9 komandalı turnirdə isə "Xan" çempionluğu əldə edib.

Elit layihəsinin direktoru Mirbağır İsayev, skaut Ramiz Əhmədov, həmçinin AFFA-nın Futbolun İnkişafı Departamentinin rəhbəri Sərxan Hüseynov oyunları izləyərək futbolçuların çıxışlarını dəyərləndiriblər. Seçilən oyunçuların gələcək inkişaf perspektivləri nəzərə alınaraq onların Elit layihəsinə cəlb olunması istiqamətində müvafiq işlər davam etdiriləcək.

Oxşar xəbərlər

Mirbağır İsayev UEFA-nın Elit Məşq Layihəsinə rəhbər təyin olunub
Elit Məşq Layihəsinin yeni rəhbəri Mirbağır İsayev məşqçilərlə ilk görüşünü keçirib
Mirbağır İsayev: "Bölgələrdə futbol məntəqələrinin sayı artırılmalıdır"
Azərbaycan millisinin baş məşqçisi: "Elit-raunda vəsiqə qazanmaq istəyirik"
Sumqayıtda minifutbol turniri keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər