Xırdalanda 3296 metrlik yeni kanalizasiya kollektoru inşa edilir
sizinxeber.az xəbər saytı

Xırdalanda 3296 metrlik yeni kanalizasiya kollektoru inşa edilir


Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti Bakı şəhərinin ekoloji vəziyyətinin yaxşılaşdırılması və kanalizasiya-infrastrukturunun müasirləşdirilməsi məqsədilə həyata keçirilən mühüm layihələrdən biri olan Müşfiqabad hövzəsi üzrə gətirici kanalizasiya kollektorunun tikintisi layihəsi çərçivəsində işləri davam etdirir.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat xidmətindən "Sizinxeber.az-Economics"ə verilən məlumata görə, layihə Azərbaycan Prezidentinin imzaladığı Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı çərçivəsində həyata keçirilir.

Layihə çərçivəsində 17 iyun 2026-cı il tarixindən Xırdalan şəhərinin Heydər Əliyev, Həsən Əliyev, Rəşid Behbudov kücələrində diametri 1400 mm, uzunluğu 3296 metr olan kanalizasiya xəttinin tikintisi işlərinə başlanılacaq.

İşlərin ilin sonuna qədər davam etdiriləcəyi nəzərdə tutulub.

Tikinti mərhələli şəkildə aparılacaq, inşaat zamanı ekoloji standartlara və təhlükəsizlik qaydalarına ciddi riayət olunacaq.

Görülən işlər yeni kollektorlar vasitəsilə daşınan tullantı suların sutəmizləyici qurğulara ötürülməsi və təmizlənməsinə, su hövzələrinin çirklənməsinin qarşısının alınmasına xidmət edəcək.

Oxşar xəbərlər

Pirşağı hövzəsi üzrə kanalizasiya kollektorları və tullantı sutəmizləyici qurğu tikilir
Bakıda 64 yaşayış məntəqəsində mərkəzləşdirilmiş kanalizasiya sistemi qurulacaq
Sumqayıtda kanalizasiya sisteminin yenidən qurulması üçün 41,5 mln. dəyərində müqavilə imzalanıb
Ağdamda iritutumlu 4 su anbarı tikilir - VİDEO
Pirşağıda kanalizasiya kollektoru və tullantı sutəmizləyici qurğunun inşası üzrə vəziyyət açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər