Xalid Xalafalla: "Qlobal halal istehlak xərcləri 3 trilyon dolları keçə bilər"
sizinxeber.az xəbər saytı

Xalid Xalafalla: "Qlobal halal istehlak xərcləri 3 trilyon dolları keçə bilər"


Bu gün halal iqtisadiyyatı ərzaq və istehlak məhsullarından çox kənara çıxaraq daha geniş sahə və prosesləri əhatə edir.

"Sizinxeber.az" xəbər verir ki, bunu İnvestisiyaların və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyasının Baş direktoru Xalid Xalafalla (Khalid Khalafalla) Bakıda keçirilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun 51-cı İllik Toplantısı çərçivəsində baş tutan "Davamlı Regional İnteqrasiya üçün Halal İqtisadiyyat" tədbirində deyib.

O bildirib ki, halal iqtisadiyyatı qlobal iqtisadiyyatın ən dinamik seqmentlərindən birinə çevrilib: "Bu gün o, ərzaq və istehlak məhsullarından çox kənara çıxaraq istehsal, logistika, turizm, əczaçılıq, rəqəmsal həllər və davamlı sənaye inkişafını əhatə edir. Qlobal istehlakçı xərclərinin yaxın illərdə demək olar ki, 3 trilyon ABŞ dolları keçəcəyi gözlənildiyi üçün halal iqtisadiyyat üzv ölkələr arasında investisiya, iş yerləri yaradılması, sənayeləşmə və ticarətin genişləndirilməsi üçün əhəmiyyətli imkan təqdim edir".

X. Xalafallanın fikrincə, mövcud potensialın həyata keçirilməsi üçün daha möhkəm regional inteqrasiya, dəyər zənciri üzrə daha səmərəli əlaqələndirmə, özəl sektorun daha geniş cəlb edilməsi, həmçinin ticarət və investisiya axınlarının intensivləşdirilməsi vacibdir: "İnkişaf edən iqtisadiyyatın formalaşdırılması yalnız siyasət və strategiyalarla kifayətlənmir – bunun üçün investisiya, ticarət və maliyyələşdirmə, eləcə də müəssisələrin sərhədlərarası böyüməsinə və genişlənməsinə şərait yaradan risk azaltma mexanizmləri əsas şərtdir. Bu kontekstdə, İsDB Qrupunun təsisatları və törəmə strukturları bir-birini tamamlayan və qarşılıqlı şəkildə gücləndirən funksiyalar yerinə yetirir. Məsələn, sığorta qolu olan ICIEC investisiya risklərinin azaldılması, transsərhəd ticarətin asanlaşdırılması, kredit təminatlarının gücləndirilməsi və birbaşa xarici investisiyaların cəlbinə xidmət edən investisiya sığortası alətlərini təqdim edir".

Oxşar xəbərlər

SESRIC qlobal halal bazarın 2028-ci ilə qədər proqnozlaşdırılan həcmini açıqlayıb
Amin Əl-saadi: "Halal sənaye qida və maliyyə sektorundan kənara çıxır"
Rektor: Halal qida sektoru iqtisadiyyatı iki trilyon dollardan yüksəkdir
Samer Elesavi: "Azərbaycan regional halal iqtisadiyyatının əsas oyunçusuna çevrilə bilər"
Anar Kərimov: "Halal iqtisadiyyatın inkişafı üçün tərəfdaşlıqları genişləndirməyə hazırıq"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər