DMX-nin əməkdaşları üçün uşaq hüquqlarının müdafiəsinə dair təlim keçirilib
sizinxeber.az xəbər saytı

DMX-nin əməkdaşları üçün uşaq hüquqlarının müdafiəsinə dair təlim keçirilib


İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən elan edilmiş "İnsan Hüquqları Aylığı" çərçivəsində Dövlət Miqrasiya Xidmətinin (DMX) əməkdaşları üçün uşaq hüquqlarının müdafiəsi mövzusunda təlim təşkil olunub.

Bu barədə "Report"a Ombudsman Aparatından məlumat verilib.

Təlimin məqsədi miqrasiya sahəsində fəaliyyət göstərən əməkdaşların uşaq hüquqlarının müdafiəsi istiqamətində bilik və bacarıqlarının artırılması, bu sahədə mövcud milli və beynəlxalq standartlar barədə məlumatlılığının gücləndirilməsi olub.

Ombudsman Aparatının məsul əməkdaşları Nigar Ağayeva və Azər İsalı çıxış edərək milli insan hüquqları təsisatlarının uşaq hüquqlarının müdafiəsində rolu, müvəkkilin bu sahədə mandatı və fəaliyyəti barədə ətraflı məlumat veriblər. Eləcə də milli preventiv və müstəqil monitorinq mexanizmləri çərçivəsində həyata keçirilən fəaliyyət, qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində irəli sürülən təşəbbüslər, eləcə də müxtəlif hədəf qrupları üçün təşkil olunan maarifləndirmə tədbirlərindən bəhs edilib.

Eyni zamanda, uşaq hüquqlarının müdafiəsi sahəsində əsas beynəlxalq hüquqi sənədlər, o cümlədən BMT-nin "Uşaq hüquqları haqqında" Konvensiyası və onun fakültativ protokolları, milli qanunvericilikdə uşaqların hüquqlarının təmin olunmasına dair müddəalar, həmçinin cari ildə qəbul edilmiş "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikasının yeni Qanunu barədə təqdimat keçirilib.

İnteraktiv müzakirələr şəraitində davam edən təlim zamanı iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər

Səbinə Əliyeva: Beynəlxalq ictimaiyyət insan hüquqlarının kütləvi pozulması hallarına biganə qalır
Ombudsman Aparatı azad olunmuş ərazilərdəki təhsil müəssisələrində maarifləndirmə tədbirləri keçirib
Ombudsman beynəlxalq konfransda uşaq hüquqlarının müdafiəsi sahəsində görülən işlərdən danışıb
Əlilliyi olan şəxslər və uşaqlarla bağlı monitorinq qrupları yaradılıb
Azərbaycan Ombudsmanı və UNICEF arasında gələcək əməkdaşlıq müzakirə edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər