Dünya Kubokunda qızıl medal qazanan Azərbaycan gimnastı: "Los-Ancelesdə keçiriləcək olimpiadanın qalibi olmaq istəyirəm"
2028-ci ildə Los-Ancelesdə keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak etmək və qalib gəlmək istəyirəm.
Bunu "Report"a açıqlamasında Bakıda keçirilən Dünya Kubokunda qızıl medal qazanan Azərbaycanın idman gimnastı Nikita Simonov deyib.
Halqalarla hərəkətlərdə fəxri kürsünün birinci pilləsinə qalxan 28 yaşlı idmançı Milli Gimnastika Arenasında gerçəkləşən yarışla bağlı təəssüratının çox yaxşı olduğunu bildirib:
"Evimizdə, Bakıdakı Dünya Kubokunda mübarizə apardıq. Möhtəşəm turnir idi. Bu ilin ilk yarışında, Almaniyanın Kotbus şəhərində gümüş medal qazanmışdım. Amma bura Bakıdır. Məhz burada qızıl mükafat əldə etmək çox yaxşıdır. Məni dəstəkləyən azarkeşlərə təşəkkür edirəm".
Qeyd edək ki, Dünya Kubokunda 19 ölkə gimnastları çıxış ediblər.
Oxşar xəbərlər
Azərbaycan gimnastı Balkan Kubokunda qızıl medal qazanıb
Azərbaycan karateçiləri Avropa Kubokunda 1 qızıl və 1 gümüş medal qazanıblar
Azərbaycan idmançıları Dünya Kubokunda iki bürünc medal əldə ediblər
Azərbaycanın idmançıları Dünya Kubokunda iki bürünc medal qazanıblar
Azərbaycanın daha bir gimnastı Monteneqroda qızıl medal qazanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
