Naxçıvan-Şahbuz yolunda qəzada 3 nəfər xəsarət alıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
26 
may
2025
18:50

Naxçıvan-Şahbuz yolunda qəzada 3 nəfər xəsarət alıb

26 may, 2025
18:50
519

Naxçıvan-Şahbuz yolunda qəzada 3 nəfər xəsarət alıb

Naxçıvan-Şahbuz magistral yolunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə yolun Babək rayonu Uzunoba kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 75-BD-090 dövlət nömrə nişanlı, "VAZ 2103" markalı avtomobillə 67-BH-202 dövlət nömrə nişanlı "VAZ 2107" markalı avtomobil toqquşub. Qəzada 3 nəfər xəsarət alıb. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın