Lənkəranda təcili tibbi yardım avtomobili ilə qəzaya düşən xəstə ölüb
sizinxeber.az xəbər saytı

Lənkəranda təcili tibbi yardım avtomobili ilə qəzaya düşən xəstə ölüb


Təcili tibbi yardım avtomobili ilə Astaradan Lənkərana gətirilən xəstə ölüb.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, bir neçə gün bundan əvvəl təcili tibbi yardım avtomobili ilə Astaradan Lənkərana gətirilən insult xəstəsi olan Astara rayon sakini 1956-cı il təvəllüdlü A. Əhmədova vəfat edib.

Xatırladaq ki, həmin gün Astaradan Lənkərana gələn təcili tibbi Yardım avtomobili köhnə Ələt-Astara magistralında, Lənkəran rayonunun Digah kəndi ərazisində Lənkəran rayon Şağlaküçə kənd sakini 1990-cı il təvəllüdlü N. Şərifzadənin idarə etdiyi "Hyundai Tucson" markalı minik avtomobili ilə toqquşub. Qəza nəticəsində, təcili yardım avtomobilində olan xəstə A .Əhmədova və xəstənin yaxınları 1977-ci il təvəllüdlü E. Əhmədova və 1988-ci il təvəllüdlü S. İbrahimov Lənkəran rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub. A. Əhmədova təcili olaraq reanimasiya şöbəsinə yerləşdirilib.

Qeyd edək ki, "Hyundai Tucson" sürücüsü N. Şərifzadə də Lənkəran rayon təcili tibbi yardım şöbəsinin əməkdaşıdır.

Oxşar xəbərlər

Lənkəranda Təcili Tibbi Yardım avtomobili qəzaya uğrayıb, yaralılar var - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Lənkəranda təcili yardım maşını qəzaya uğrayıb, yaralılar var - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Lənkəranda Təcili Tibbi Yardım avtomobili qəzaya uğrayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Lənkəranda yol qəzası olub, xəsarət alanlar var - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Lənkəranda təcili yardım avtomobili qəzaya düşüb, yaralılar var [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər