ABŞ "Titanik"in artefaktlarının hərracına qadağa qoyulmasını tələb edib
sizinxeber.az xəbər saytı

ABŞ "Titanik"in artefaktlarının hərracına qadağa qoyulmasını tələb edib


ABŞ hakimiyyəti 1912-ci ildə batan "Titanik" gəmisinin artefaktlarının hərracına qarşı çıxıb.

"Sizinxeber.az"un xəbərinə görə, bu barədə "Associated Press" (AP) məlumat yayıb.

Qəza yerindən çıxarılan əşyalara eksklüziv hüquqlara malik "RMS Titanic" şirkəti bəzi artefaktları hərraca çıxarmaq niyyətindədir.

AP-nin məlumatına görə, şirkət əvvəllər Atlantik okeanının dibindən çıxarılan əşyaların yalnız muzeylərdə və səyyar sərgilərdə nümayiş etdiriləcəyinə razılıq verib. Lakin "RMS Titanic" indi sərnişinlərin və heyət üzvlərinin şəxsi, mətbəx əşyalarını və laynerin daxili elementlərini satmağı planlaşdırır.

ABŞ-nin Okean və Atmosfer Tədqiqatları Milli İdarəsi yası (NOAA) hesab edir ki, belə satış əvvəllər əldə edilmiş razılaşmanı pozur. Buna görə də idarəsi hərracın qadağan edilməsi üçün məhkəmə iddiası qaldırıb.

Oxşar xəbərlər

“Titanik”dən sağ çıxanın məktubu hərracda 400 min dollara satılıb
"Titanik"in sərnişinlərini xilas edən kapitanın saatı 2 milyon dollara satılıb
ABŞ 2023-cü ildə “Titan” batiskafının qəzaya uğraması səbəbini açıqlayıb
Zəlzələdən sonra Papua - Yeni Qvineya sahillərində sunami xəbərdarlığı edilib
Azərbaycan üç müəssisənin səhmlərini ixtisaslaşdırılmış pul hərracına çıxarır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər