Qaxda avtomobil ağaca çırpılıb, körpə ölüb, 25 yaşlı qadın və azyaşlı övladı xəsarət alıb - FOTO
Qax rayonunda ölümlə nəticələnən yol qəzası olub.
Sizinxeber.az-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün 17 radələrində Qax-Qorağan avtomobil yolunda, Əmircan kəndi ərazisində baş verib. Rayonun Turaclı kənd sakini 25 yaşlı Günay Hüseynovanın idarə etdiyi “Nissan” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb.
Nəticədə avtomobildə olan iki ay yarımlıq körpə (sürücünün baldızı oğlu) aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.
G. Hüseynova və iki yaşlı qızı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Sizinxeber.az-ya bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Oxşar xəbərlər
Qaxda avtomobil çökəkliyə düşüb, xəsarət alan var
Ağdaşda avtomobil ağaca çırpılıb, ölən və xəsarət alanlar var
Qaxda iki avtomobil toqquşub, xəsarət alan var
Şəkidə avtomobil ağaca çırpılıb, xəsarət alanlar var
Zaqatalada iki minik avtomobilinin toqquşması nəticəsində ərlə arvad ölüb - YENİLƏNİB 1 - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













