Serbiyanın müdafiə naziri Azərbaycana səfər edəcək
sizinxeber.az xəbər saytı

Serbiyanın müdafiə naziri Azərbaycana səfər edəcək


Serbiya müdafiə naziri Bratislav Qaşiçin 2026-ci ilin sonunda Azərbaycana səfər etməsi planlaşdırılır.

"Report"un Balkan bürosu xəbər verir ki, bunu Azərbaycanın Serbiyadakı səfiri Kamil Xasiyev Belqrad şəhərində Azərbaycanın Silahlı Qüvvələr Günü münasibətilə təşkil edilən rəsmi qəbulda deyib.

"Biz cari ilin sonuna doğru nazir Qaşiçin Azərbaycana planlaşdırılan rəsmi səfərini səbirsizliklə gözləyirik", - diplomat vurğulayıb.

Səfir onu da qeyd edib ki, suverenlik və ərazi bütövlüyünə qarşılıqlı dəstək Azərbaycan ilə Serbiya arasındakı strateji tərəfdaşlığın təməl daşlarından biridir:

"Bu gün Serbiya Azərbaycanın Avropa qitəsindəki ən yaxın dostlarından və mühüm tərəfdaşlarından biridir. Ölkələrimiz arasında müdafiə və hərbi-texniki əməkdaşlıq son illər ərzində uğurla inkişaf etməkdədir. Azərbaycanın müdafiə nazirinin iki həftədən də az bir müddət əvvəl reallaşan rəsmi səfəri bu strateji sahədə əlaqələrin daha da güclənməsinə böyük töhfə verib".

Oxşar xəbərlər

Kamil Xasiyev: Serbiya Avropa qitəsində Azərbaycanın ən yaxın dostlarından biridir
Belqradda Azərbaycanın şahmat pavilyonu açılıb
Sahil Babayev: "Azərbaycan-Serbiya enerji əməkdaşlığı yeni mərhələyə qədəm qoyub"
Müstəqillik Günü münasibətilə Belqradda rəsmi qəbul təşkil olunub
Serbiya XİN: İsraillə münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər