Şəkidə avtomobil ağaca çırpılıb, xəsarət alanlar var
Şəkidə minik avtomobili ağaca çırpılıb.
Sizinxeber.az-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə avqustun 15-i axşam saatlarında rayonun Baş Göynük kəndində baş verib. Kənd sakini 1991-ci il təvəllüdlü Taleh Mustafa oğlu Nöbərovun idarə etdiyi “Mercedes” markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb.
T. Nöbərov, avtomobildə olan iki sərnişin - Baş Göynük kənd sakinləri 1995-ci il təvəllüdlü Asim Bəxtiyar oğlu Hacıəliyev və 1990-cı il təvəllüdlü Elzamin Qüdrət oğlu Ağasıyev aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) müraciət ediblər.
Faktla bağlı Şəki Rayon-Şəhər Polis Şöbəsində araşdırma aparılır.
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
-
DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəlib - YENİLƏNİB-7
