Avropa ölkələrində "MiniBoss" modeli daha səmərəli tətbiq oluna bilər
"MiniBoss Business School"un Avropa dövlətləri istiqamətində genişləndirilməsi daha müvəffəqiyyətli nəticələr verə bilər.
Bunu "Report"a açıqlamasında "MiniBoss" biznes məktəbinin təsisçisi Nərminə Həsənova bildirib.
Onun fikrincə, Avropa dövlətlərində bu təşəbbüs daha səmərəli və nəticəyönümlü ola bilər: "Amerika yaxud uzaq Asiya regionlarını da nəzərdən keçirmək mümkündür, lakin həmin bölgələr coğrafi baxımdan daha uzaq məsafədədir.
Avropaya yaxın olan ölkələrdə isə bu modelin həyata keçirilməsi həm bizim üçün, həm də tərəfdaşlıq aspektindən daha məhsuldar ola bilər. Biz artıq müxtəlif ölkələrdəki uşaqların düşüncə formalarını müəyyən dərəcədə tanıyırıq. Rəqabət məsələsinə gəlincə, hesab edirəm ki, bizim şagirdlərimiz bir çox hallarda yüksək göstəricilər nümayiş etdirə biləcəklər".
N.Həsənova vurğulayıb ki, "MiniBoss" biznes məktəbi Azərbaycanda artıq 6 ildir fəaliyyətini davam etdirir: "Ümumi hesabla "MiniBoss"un 26 illik təcrübi bilik bazası mövcuddur, məktəb çoxsaylı ölkələrdə öz işini aparır. Əgər tərəfdaşlarımız başqa dövlətlərdə də məktəbin fəaliyyət dairəsinin genişləndirilməsi barədə qərar qəbul etsələr, biz bu təşəbbüsü müdafiə edərik".
Oxşar xəbərlər
Nərminə Həsənova: "Şagirdlərimiz beynəlxalq startap çempionatında iki dəfə dünya çempionu olublar"
"MiniBoss Baku"nun təsisçisi: "Hədəfimiz uşaqların kiçik yaşlardan biznes potensialını üzə çıxarmaqdır"
Nərminə Həsənova: "Miniboss Business School" altı il ərzində 80-dən çox layihə həyata keçirib"
"Miniboss Biznes Məktəbi"nin təsisçisi: "Forumda təqdim edilən layihələr dünyada uğurlu startaplardan birinə çevrilə bilər"
Alina Xələfova: "MiniBoss Business School Baku" həm biznes bilikləri verən, həm də təcrübə qazandıran ilk və yeganə məktəbdir”
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Aliment ödəyənlərə vacib XƏBƏR
-
Şəmkirdə “Ford” yük avtomobilinə çırpılıb, bir nəfər ölüb
-
"Portu" Andre Silva ilə müqavilə imzalayıb
-
Konqo Demokratik Respublikasında Ebola qurbanlarının sayı 139 nəfərə çatıb
-
Tramp ABŞ millisinə DÇ-2026 öncəsi uğurlar arzulayıb
-
Əraqçi: Danışıqlar iki mərhələdə nəzərdə tutulub
