Abşeronda 8 avtomobildən və 6 evdən oğurluq edilib - VİDEO
Abşeron rayonunda bir gecədə 8 avtomobili və 6 evi talayan şəxsləri polis saxlayıb.
Sizinxeber.az DİN-ə istinadən xəbər verir ki, Abşeron rayonu Ceyranbatan və ətraf qəsəbələrin ərazisində 8 avtomobildən akkumlyator, maqnitafon və digər dəyərli əşyaların oğurlanması barədə polisə məlumat daxil olub. Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 32 yaşlı Qüdrət Bayramov saxlanılıb. Bölmə əməkdaşları tərəfindən həyata keçirilən daha bir əməliyyat zamanı isə Saray qəsəbəsi ərazisində müxtəlif ünvanlarda yerləşən 6 evdən oğurluq edən 26 yaşlı Sadiq Hadılı və 32 yaşlı Məhəmməd Sadıqlı da saxlanılıblar.
Qeyd edilib ki, saxlanılan şəxslər avtomobil və ev sahiblərinə ümumilikdə 12 min manatdan artıq maddi ziyan vurublar.
Faktlarla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Abşeronda bank kartlarından oğurluğa görə 5 nəfər tutulub
Sumqayıt və Abşeronda 26 min manatlıq oğurluq edilib
Bakıda avtomobillərdən və evlərdən 40 min manatlıq oğurluq edilib
Yasamal və Abşeronda avtomobil qaçıran şəxslər saxlanılıb
Bakıda aptekdən 5 min manatlıq oğurluq edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əlilliyi olan şəxslərin və digər həssas qrupların sosial xidmətlərə əlçatanlığı müzakirə edilib
-
Tomas Tuxel: "Xorvatiyaya qarşı öz oyunumuzu tapmağımız üçün bir qədər vaxt lazım gəldi"
-
DÇ-2026: İngiltərə Xorvatiyanı məğlub edib
-
Ümid Mamadaminov: "Xəzərdən keçən enerji dəhlizinin TİƏ-nin birinci mərhələsi gələn il başa çatacaq" - EKSKLÜZİV
-
Qana millisinin baş məşqçisi Karluş Keyroş: "Dünya çempionatında qələbə asan əldə olunmur"
-
"QHT işi" üzrə ittiham olunan mərkəz rəhbərinə hökm oxunub
