Elm və təhsil naziri Kəlbəcərdə tək məzunun "Son zəng"ində iştirak edib
sizinxeber.az xəbər saytı

Elm və təhsil naziri Kəlbəcərdə tək məzunun "Son zəng"ində iştirak edib


Elm və təhsil naziri Emin Əmrullayev Kəlbəcər rayonu B.Cəfərov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində keçirilən "Son zəng" tədbirində iştirak edib.

Bu barədə "Report"a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Nazir məktəbin ilk və yeganə məzunu Nəzrin Atakişiyevanı məzun olması münasibətilə təbrik edib, ona gələcək təhsil həyatında uğurlar arzulayıb.

Tədbir zamanı işğaldan azad edilmiş ərazilərdə təhsilin bərpası istiqamətində görülən işlərdən, Kəlbəcərdə formalaşan yeni təhsil mühitindən danışılıb.

Tədbir şagirdlərin ifasında hazırlanmış maraqlı "Son zəng" proqramı ilə yekunlaşıb.

Oxşar xəbərlər

Elm və təhsil naziri Gəncədə “Son zəng” tədbirində iştirak edib - FOTO
Emin Əmrullayev Hacıqabulda “Son zəng” tədbirində iştirak edib
Nazir: Azad edilmiş ərazilərdə 25 məktəbdə "Son zəng" tədbirləri keçirilir, 171 şagird məzun olur
Bu gün Azərbaycanın bütün məktəblərində "Son zəng" çalınır
Emin Əmrullayev Gəncədə "Son zəng" mərasimində iştirak edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər