Təcili yardımın sürücüsü "TikTok"da insanları təhqir etdi, cəzalandırıldı
sizinxeber.az xəbər saytı

Təcili yardımın sürücüsü "TikTok"da insanları təhqir etdi, cəzalandırıldı


Təcili yardım avtomobilinin sürücülərindən biri cəzalandırılıb.

 "Unikal"ın əldə etdiyi məlumata görə, sürücü Rəşidzadə Kərim Arif oğlu çağırış zamanı "TikTok" sosial şəbəkəsində canlı yayım açaraq orada qeyri-etik ifadələr səsləndirib. Bəzi insanları təhqir etdiyi videoları səhifəsində paylaşan K.Rəşidzadə sonradan onları silib.

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu ünvanladıq. TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, təcili tibbi yardım sürücüsünün müxtəlif vaxtlarda yaydığı videogörüntülər haqqında araşdırma aparılıb:

"Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin təcili yardım avtomaşının sürücüsü Kərim Rəşidzadə 16.11.2024-cü il tarixində növbədə olarkən xidməti geyimdə cavabdeh olduğu təcili yardım avtomaşınında qeyri-etik ifadələr işlətdiyindən, müəsissənin nüfuzuna xələl gətirdiyinə və əmək intizamı qaydalarını kobud şəkildə pozduğuna görə 02.12.2024-cü il tarixində töhmət verilib".

Oxşar xəbərlər

TƏBİB: Faytonçu Nazim insult keçirib
Qeyri-iş günlərində təcili tibbi yardıma 40 minə yaxın çağırış daxil olub
TƏBİB rəhbəri: Təcili tibbi yardımın ünvana gecikməsi şikayətləri azalıb
Azərbaycana 5 ədəd tam elektrikli təcili yardım avtomobili gətiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər