Kobaxidze: Azərbaycan, Türkiyə və Ermənistanla çox yaxşı münasibətlərimiz var
Gürcüstanın Azərbaycan, Türkiyə və Ermənistanla çox yaxşı münasibətləri var.
"Sizinxeber.az"un Gürcüstan bürosu xəbər verir ki, bunu adıçəkilən ölkənin Baş naziri İrakli Kobaxidze Tacikistana səfəri çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Baş nazir qeyd edib ki, Gürcüstan yeddi ölkəni Qara dəniz vasitəsilə Qərb məkanına bağlayan mühüm tranzit mərkəzidir və bu potensialdan maksimum istifadə etmək vacibdir.
Baş nazir vurğulayıb ki, Mərkəzi Asiya ölkələri ilə münasibətlərdə müsbət dinamika müşahidə olunur və bu proseslər Gürcüstanın tranzit imkanlarının genişlənməsinə töhfə verəcək.
İrakli Kobaxidze bildirib ki, nəqliyyat əlaqələrinin və tranzit funksiyasının gücləndirilməsi məqsədilə iri həcmli investisiyalar həyata keçirilir. O, həmçinin Gürcüstanın Azərbaycan, Ermənistan və Türkiyə ilə çox yaxşı münasibətlərə malik olduğunu və Mərkəzi Asiya ölkələri ilə əlaqələrin də maksimum səviyyədə inkişaf etdirilməsinə xüsusi diqqət ayrıldığını qeyd edib.
Oxşar xəbərlər
İrakli Kobaxidze: Gürcüstan Azərbaycanla ticarəti genişləndirməyə hazırdır
İrakli Kobaxidze: Müxalifət intihar vəziyyətindədir
İrakli Kobaxidze: "Qara dəniz sualtı kabel layihəsi Gürcüstanı regionun bağlantı mərkəzinə çevirəcək"
Kobaxidze: Məqsədimiz regionda sülh və sabitliyi təşviq etməkdir
Kobaxidze Azərbaycanla əlaqələrin daha da dərinləşdirilməsinin vacibliyini vurğulayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda ITFC ilə yeni 3 milyard dollarlıq sazişlər imzalanıb
-
Tural Əsgərov: "Elvin Cəfərquliyevlə maraqlanan klubların sayı çoxdur"
-
Sosial və İqtisadi məsələlər üzrə Üçtərəfli Komissiyanın iclası keçirilib
-
Nazir növbəti 5 ildə Azərbaycan–İİB əməkdaşlığının daha çox hansı sahələrə fokuslanacağından danışıb
-
XİN başçısı: Serbiya və Xorvatiya arasında açıq qalan məsələlərin siyasiləşdirilməsindən çəkinmək lazımdır
-
DÇ-2026: Mərakeş Şotlandiya üzərində qələbə qazanıb - YENİLƏNİB-4
