TƏBİB rəhbəri: Təcili tibbi yardımın ünvana gecikməsi şikayətləri azalıb
sizinxeber.az xəbər saytı

TƏBİB rəhbəri: Təcili tibbi yardımın ünvana gecikməsi şikayətləri azalıb


Son zamanlar təcili tibbi yardımın ünvana gecikməsi ilə bağlı şikayətlərin sayında ciddi azalma müşahidə olunur.

"Report" xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov COP29 çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, yaxın müddətdə təcili tibbi yardım xidmətinin təşkili ilə bağlı yeniliklər də açıqlanıb:

"Təcili tibbi yardım mərkəzi tam yenilənmiş şəkildə fəaliyyətini davam etdirir. Hazırda Bakı şəhəri üzrə ən çox əhali məskunlaşan rayonlarda yaşayış yerlərinin yaxınlığında yeni təcili yardım yarımstansiyaları qurulub.

Pik saatlarda səyyar təcili tibbi yardım briqadaları ərazilərə cəlb olunur ki, gecikmələr baş verməsin. Hesab edirəm ki, bütün bu işlər nəticəsində qısa zamanda yaxşı nəticələr əldə olunacaq".

Oxşar xəbərlər

Vüqar Qurbanov: COP29 iştirakçılarından tibbi yardım üçün müraciətlər müşahidə olunur
TƏBİB sədri: Əhalinin sıx yaşadığı ərazilərdə yeni təcili yardım stansiyaları qurulub
COP29-da 40-a yaxın təcili tibbi yardım briqadası fəaliyyət göstərəcək
Təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin stansiya və filiallarının yeni allokasiya xəritəsi hazırlanır
Təcili tibbi yardım avtomobillərinin avtobus zolaqlarında hərəkətinə icazə verilə bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle