Fərid Şəfiyev: İqtisadi Əməkdaşlıq Təşkilatının müəyyən potensialı var
sizinxeber.az xəbər saytı

Fərid Şəfiyev: İqtisadi Əməkdaşlıq Təşkilatının müəyyən potensialı var


"İqtisadi Əməkdaşlıq Təşkilatının müəyyən potensialı var. Lakin bir sıra problemlər səbəbindən bu qurum çərçivəsində inteqrasiya baş verməyib".

Sizinxeber.az-nın məlumatına görə, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev "Azərbaycan və İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT): imkanlar və Perspektivlər" mövzusunda keçirilən tədbirdə deyib.

O, ölkəmizin bir sıra beynəlxalq təşkilatlara üzv olduğunu xatırladaraq, bildirib ki, indiki şəraitdə hər hansı platforma kənarda qalmamalıdır:

"Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatına 1992-ci ildən üzv olub. Ölkəmiz son illər bir sıra beynəlxalq təşkilatlarda fəal iş aparır. Buna Qoşulmama Hərəkatına və Asiyada Qarşılıqlı Etimad Müşavirəsinə sədrlik daxildir. İqtisadi Əməkdaşlıq Təşkilatı Mərkəzi Asiya ölkələrinin ona üzvlüyü ilə genişlənib. Son zamanlar Azərbaycan yeni təşkilatlara da üzv olur. Onlardan biri də D-8 təşkilatıdır. Azərbaycan bu təşkilatdan hansı mənfəət əldə edə bilər? Biz hər hansı platformanı kənarda qoymamalıyıq. İqtisadi Əməkdaşlıq Təşkilatının müəyyən potensialı var. Lakin bir sıra problemlər səbəbindən bu qurum çərçivəsində inteqrasiya baş verməyib".

Oxşar xəbərlər

Ceyhun Bayramov İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Görüşü Xankəndidə keçiriləcək
Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib - YENİLƏNİB
Nazir: Azərbaycanın D-8-ə üzv olması Pakistanla əməkdaşlıq üçün yeni perspektivlər açır
XİN rəhbəri İran Prezidentinin müşaviri ilə beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər