Türkiyədə turistləri daşıyan mikroavtobusun qəzaya uğraması nəticəsində 4 nəfər ölüb, 16 nəfər yaralanıb
sizinxeber.az xəbər saytı

Türkiyədə turistləri daşıyan mikroavtobusun qəzaya uğraması nəticəsində 4 nəfər ölüb, 16 nəfər yaralanıb


Türkiyənin İsparta vilayətində turistləri daşıyan mikroavtobusun idarəetməni itirərək dərəyə yuvarlanması nəticəsində 4 nəfər ölüb, 16 nəfər isə yaralanıb.

APA Türkiyə mətbuatına istinadən xəbər verir ki, İspartanın Gelendost rayonunda baş verən hadisə nəticəsində yaralanan 16 nəfərdən 5-inin vəziyyəti ağırdır.

Məlumata görə, mikroavtobusun sürücüsü güclü yağış səbəbilə idarəetməni itirib.

Daha sonra içərisində sərnişinlərin olduğu mikroavtobus dərəyə yuvarlanıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Türkiyədə turistləri gəzdirən mikroavtobusun qəzaya uğraması nəticəsində 4 nəfər ölüb, 16 nəfər yaralanıb
Əfqanıstanda mikroavtobusun dərəyə aşması nəticəsində azı 7 nəfər ölüb
Hindistanda mikroavtobus qəzası nəticəsində doqquz nəfər ölüb
Türkiyədə atışma nəticəsində 9 nəfər yaralanıb
Moskvada mikroavtobus qəzaya uğrayıb, 2 nəfər ölüb, azı 7 nəfər xəsarət alıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər