Ceyhun Bayramov İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
14 mart 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov 12-ci Bakı Qlobal Forumunda iştirak məqsədilə ölkəmizdə səfərdə olan İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Əsəd Məcid Xan ilə görüşüb.
XİN-dən APA-ya verilən xəbərə görə, görüşdə İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlıq imkanları, Təşkilatın fəaliyyətinin gücləndirilməsi səyləri, Təşkilatın ölkəmizdə keçiriləcək Zirvə görüşünə hazırlıq işləri, habelə regional məsələlər müzakirə olunub.
Nazir Ceyhun Bayramov ölkəmizin İqtisadi Əməkdaşlıq Təşkilatının işinə əhəmiyyət verdiyini, Təşkilatın əhatə etdiyi regionun iqtisadi-ticarət, nəqliyyat-kommunikasiyalar sahələri üzrə imkanlarla zəngin olduğunu, bu baxımdan bölgənin mövcud potensialından istifadənin vacibliyini qeyd edib.
Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyindən bəhs olunub, İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində ətraf mühitlə bağlı təşəbbüslərin irəlilədilməsinin əhəmiyyəti qeyd edilib.
Cari ildə ölkəmizdə keçiriləcək Zirvə görüşünün İqtisadi Əməkdaşlıq Təşkilatının inkişafı, gücləndirilməsi baxımından mühüm rol oynayacağı, bu baxımdan üzv ölkələrin fəal iştirak və töhfələrinin vacibliyi vurğulanıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Ceyhun Bayramov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramovun İslam Əməkdaşlıq Təşkilatının baş katibi Hissein Brahim Taha ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramov D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramov QDİƏT-in baş katibi ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












