Caner Erkin karyerasını başa vurduğunu açıqlayıb
sizinxeber.az xəbər saytı

Caner Erkin karyerasını başa vurduğunu açıqlayıb


Caner Erkin gələcəyi ilə bağlı qərarını verib.

Apasport.az xəbər verir ki, türkiyəli müdafiəçi karyerasını başa vurub.

Bu barədə futbolçu özünün sosial şəbəkə hesabında paylaşım edib.

Təcrübəli sol cinah müdafiəçisi 37 yaşında peşəkar futbolla vidalaşıb.

Qeyd edək ki, Caner Erkin karyerası ərzində "Manisaspor", ÇSKA (Moskva), "Qalatasaray", "Fənərbaxça", "İnter", "Beşiktaş", "Fatih Karagümrük", "Başakşehir", "Eyüpspor" və "Sakaryaspor"un formasını geyinib. O, Türkiyə millisinin heyətində meydana çıxdığı 63 rəsmi matçda 2 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.

Oxşar xəbərlər

Marselo futbolçu karyerasını başa vurub
Portuqaliya millisinin sabiq üzvü Nani futbolçu karyerasını başa vurub
Felipe Melo 41 yaşında futbolçu karyerasını bitirib
“Qalatasaray” qalib gəlib, “Beşiktaş” xal itirib
"Fənərbaxça" heyətini Serbiya millisinin üzvü ilə gücləndirir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər