Azərbaycanda sənədsiz evlər üçün amnistiya elan edilməsi təklif olunur
Azərbaycanda "Şəhərsalma və Memarlıq İli" çərçivəsində sənədsiz evlər üçün amnistiya elan edilməsi, bununla bağlı xüsusi proqram qəbul olunması və bu məsələnin mərhələli şəkildə həll edilməsi məqsədəuyğundur.
"Report" xəbər verir ki, bunu Milli Məclisin deputatı Kamal Cəfərov parlamentin növbədənkənar sessiyasının bugünkü iclasında "2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı bildirib.
"Azərbaycanda təxminən 500 min sənədsiz ev var. Həmin evlərdə yaşayan şəxslər ora qeydiyyat" düşə, paralel olaraq dövlət xidmətlərinə çıxış əldə edə bilmirlər. Problemin həlli ilə bağlı sistemli və kompleks islahat lazımdır. Sənədsiz evlərlə bağlı dünya təcrübəsi var. Məsələn, Türkiyədə "İmar Barışı" proqramı çərçivəsində 2018-ci ildə 7 milyondan çox sənədsiz evə dəyərinin 3 %-i qədər ilkin rüsum ödənilməklə çıxarış alındı. Biz də oxşar təcrübəni tətbiq edə bilərik. Nəqliyyat və elektrik xətlərinin mühafizə zolaqlarında, riskli ərazilərdə, strateji torpaqlarda inşa edilmiş sənədsiz evlər istisna olmaqla qalan evlərə çıxarış verilə bilər. Bu iqtisadiyyatımıza, o cümlədən büdcəyə milyardla manat əlavə və davamlı dəyər qata bilər", - deyə o qeyd edib.
Oxşar xəbərlər
Sənədsiz evlər üçün amnistiya elan edilməsi təklif olunub
Sənədsiz evlərin taleyi: "Qanunvericilik dəyişməlidir ki, çıxarış verilsin"
Komitə sədri: Ölkədə sənədsiz evlərin bir çoxu kənd təsərrüfatı təyinatlı torpaqlarda tikilib
Sənədsiz evlər problemi: Yüzlərlə ailə çıxarış gözləyir
Parlamentin komitə iclasında sənədsiz evlər problemi qaldırılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İlham Əliyev: "Bu gün yoxsulluğun və işsizliyin səviyyəsi təqribən 5 faiz təşkil edir"
-
Qana millisinin baş məşqçisi Karluş Keyroş: "Dünya çempionatında qələbə asan əldə olunmur"
-
Ağakərim Səmədzadə: "Azərbaycan ekoloji siyasəti iqtisadiyyatın bütün əsas sahələrinə inteqrasiya edir"
-
Cəlal Hüseynov: "Rumıniya klubuna keçidim karyeramda irəliyə atılan addımdır"
-
Yəmən sahilində daha bir gəmiyə silahlı hücum oldu
-
"İnter" Marko Palestra üçün "Atalanta"ya təklif göndərib
