Pakistan Hava Yolları aprelin sonuna kimi Bakıya birbaşa reysləri bərpa etməyi planlaşdırır
Pakistan Beynəlxalq Hava Yolları aprel ayının sonuna kimi Bakıya birbaşa reysləri bərpa etməyi planlaşdırır.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin Pakistanın Milli Gününə həsr olunmuş tədbirdə bildirib.
Diplomat bu reyslərin bərpası ilə Azərbaycana gələn pakistanlı turistlərin sayının artacağına ümid etdiyini söyləyib.
“Azərbaycanın zəngin mədəniyyətinə və tarixinə heyranıq. Keçən il Pakistandan 81 mindən çox turist gözəl Azərbaycana səfər edib. Pakistan Beynəlxalq Hava Yolları bu ayın sonuna kimi Bakıya birbaşa uçuşları bərpa etməyi planlaşdırdığından biz bu il 100 min turist həddini keçəcəyimizə ümid edirik. Xalqlarımız arasındakı möhkəm dostluq və qardaşlıq həqiqətən də həmrəylik mayakı və əməkdaşlığın parlaq nümunəsidir”, - o deyib.
Q.Mohiuddin xatırladıb ki, Azərbaycan ilə Pakistan arasında qarşılıqlı hörmət, əməkdaşlıq və ümumi maraqlara əsaslanan çoxillik münasibətlər mövcuddur.
“Uzun illər ərzində ölkələrimiz diplomatik münasibətlərdən kənara çıxan və mədəni, iqtisadi və strateji aspektləri əhatə edən tərəfdaşlığı gücləndirərək, hər cür şəraitdə bir-birini dəstəkləyib. Ölkə liderləri arasındakı son görüşlər iki xalq arasındakı qardaşlıq əlaqələrinin sübutudur”, - o əlavə edib.
Oxşar xəbərlər
Səfir: Pakistan Beynəlxalq Hava Yolları Bakı istiqamətində birbaşa uçuşların bərpa edilməsini planlaşdırır
Pakistanın Milli Günü münasibətilə Bakıda rəsmi qəbul təşkil edilib - FOTO
Qasım Mohiuddin: Pakistan COP29-un yüksək səviyyədə təşkil olunması üçün Azərbaycana dəstək göstərməyə hazırdır
Qasım Mohiuddin: Azərbaycan və Pakistan arasındakı ticarət səviyyəsi potensialdan aşağıdır
Pakistan növbəti aylarda Azərbaycanla yeni investisiya layihələrinin hazırlanacağını elan edib - EKSKLÜZİV
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sürücülərin bilməli olduğu VACİB MƏQAM: Bu halda cərimə OLUNACAQSINIZ
-
Əmək pensiyaları ilə bağlı AÇIQLAMA
-
Bu şəxslər avtobus və metroya pulsuz minəcəklər — DETALLAR
-
Mohammed: Müasir şəhərlər və yaşayış məntəqələri dayanıqlı məkanlar kimi inkişaf etməlidir
-
Kobaxidze: Azərbaycanla imzalanan müqavilələr Gürcüstan üçün fundamental əhəmiyyət daşıyır
-
“Aston Villa” Avropa Liqasının qalibi olub
