Xüsusi tapşırıqlar üzrə səfir: Bakı təşəbbüsü post-münaqişə ölkələrinin iqlim maliyyəsinə çıxışını genişləndirəcək
sizinxeber.az xəbər saytı

Xüsusi tapşırıqlar üzrə səfir: Bakı təşəbbüsü post-münaqişə ölkələrinin iqlim maliyyəsinə çıxışını genişləndirəcək


Azərbaycanın COP29 çərçivəsində irəli sürdüyü Bakı İqlim və Sülh Fəaliyyəti Mərkəzi təşəbbüsü post-münaqişə və iqlim dəyişikliklərinə həssas ölkələrin maliyyə resurslarına çıxışını genişləndirməyi hədəfləyir.

"APA-Economics"in Bakıda keçirilən Dünya Şəhərsalma Forumunun (WUF13) “Həssas və münaqişədən zərər çəkmiş ərazilərdə şəhər həlləri vasitəsilə sülhə töhfə verən iqlim fəaliyyəti” adlı sessiyasından verdiyi məlumata görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov bildirib.

Onun sözlərinə görə, iqlim dəyişiklikləri, urbanizasiya və post-münaqişə bərpası prosesləri bir-biri ilə sıx bağlıdır və xüsusilə həssas ölkələr üçün əlavə çağırışlar yaradır.

E. İskəndərov qeyd edib ki, COP29 zamanı yaradılan Bakı İqlim və Sülh Fəaliyyəti Mərkəzi bu ölkələrin iqlim maliyyəsinə çıxışını asanlaşdırmaq, dayanıqlı şəhər inkişafını təşviq etmək və sülhə töhfə verən layihələri dəstəkləmək məqsədi daşıyır.

Onun sözlərinə görə, təşəbbüs artıq Böyük Britaniya, Almaniya, İtaliya, Misir, Uqanda və Birləşmiş Ərəb Əmirlikləri daxil olmaqla bir sıra ölkələrin, həmçinin 300-dən çox təşkilatın dəstəyini qazanıb.

Səfir əlavə edib ki, təşəbbüsün praktiki icrası istiqamətində BMT-nin İnsan Məskənləri Proqramı (UN-Habitat), Qvineya-Bisau və Qambiya ilə anlaşma memorandumları imzalanıb.

Oxşar xəbərlər

Elşad İskəndərov: İqlim dəyişikliyi və münaqişələr şəhərlərin inkişafı üçün yeni risklər yaradır
Elşad İskəndərov: COP Bakı iqlim və sülh qovşağını birgə fəaliyyətləri təşviq etmək vasitəsi kimi təqdim edir
İqlimə həssas şəraitdə sülh və dayanıqlılığı gücləndirmək mövzusunda dəyirmi masa keçirilib
Elşad İskəndərov: Əsas hədəflərimizdən biri COP və qeyri-COP təşəbbüsləri arasında sinerjinin qurulmasıdır
Anar Quliyev: WUF13-ə ev sahibliyi Azərbaycan üçün böyük şərəf və ciddi məsuliyyətdir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər