Almaniyada uçmuş evin dağıntılarının altında üç nəfərin meyiti aşkarlanıb
sizinxeber.az xəbər saytı

Almaniyada uçmuş evin dağıntılarının altında üç nəfərin meyiti aşkarlanıb


Almaniyanın fövqəladə xidmət əməkdaşları mayın 18-də partlayışdan sonra Qörlits şəhərində (Saksoniya federal əyaləti) uçmuş yaşayış binasının dağıntıları altından həlak olan üç nəfərin meyitini çıxarıblar.

"Report" xəbər verir ki, bu barədə DPA polisə istinadən məlumat yayıb.

Məlumata görə, ölənlər arasında bir kişi (ehtimal ki, 48 yaşlı yerli sakin), həmçinin 25 və 26 yaşlarında Rumıniya vətəndaşı olan iki qadın turist var.

"İtkin düşənlərin axtarışı başa çatıb", - polis nümayəndəsi əlavə edib.

Qeyd olunub ki, meyitlər ekspertizaya göndərilib.

Oxşar xəbərlər

Myanmada uçmuş binanın dağıntıları altında 90-dan çox insanın qaldığı güman edilir
Almaniyada kişi 4 nəfəri bıçaqla yaralayıb
Ukraynanın Belqoroda hücumu nəticəsində ölənlərin sayı 19 nəfərə çatıb - YENİLƏNİB-2
Almaniyada partlayış nəticəsində bir nəfər ölüb, dörd nəfər yaralanıb
Türkiyədə çökən binanın dağıntıları altından daha bir nəfərin cəsədi tapılıb - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər