ABŞ Livanın bir sıra siyasətçilərinə sanksiyalar tətbiq edib
sizinxeber.az xəbər saytı

ABŞ Livanın bir sıra siyasətçilərinə sanksiyalar tətbiq edib


ABŞ Maliyyə Nazirliyi radikal "Hizbullah" qruplaşması ilə əlaqələrinə görə Livanda doqquz şəxsə qarşı sanksiya tətbiq edib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Xarici Aktivlərə Nəzarət İdarəsi məlumat yayıb.

İdarənin məlumatına görə, bu şəxslər Livanda sülh prosesinə mane olur və qruplaşmanın tərk-silah edilməsinə qarşı çıxırlar.

"Hizbullah"la əlaqəli bu vəzifəli şəxslər Livanın parlamentində, ordusunda və təhlükəsizlik sektorunda mövqelər tutur və orada nüfuzlarını qoruyub saxlamağa çalışırlar", - məlumatda bildirilib.

Qeyd olunub ki, "Hizbullah"ın davam edən hərbi fəaliyyəti və dövlətə məcburedici təsiri Livan hökumətinin dövlət institutları üzərində hakimiyyətini bərqərar etmək və terrorçu qruplaşmanı tərk-silah etmək imkanlarını sarsıdır.

Oxşar xəbərlər

Livan Prezidenti: "Hizbullah" tərk-silah edilməlidir
İsrail Ordusu Livanda “Hizbullah”ın silah istehsalı obyektinə zərbə endirib
İsrail HHQ Livanda “Hizbullah”ın avtomobillərinə hücum edib
"Hizbullah" Livan hökumətinin tərk-silah qərarına reaksiya verib
“Hizbullah” Livan hökumətini təhdid edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər