Rossbax Afrika ölkələrini idxal edilmiş şəhərsalma modellərindən imtina etməyə şağırıb
UN-Habitat Afrika ölkələrini idxal edilmiş şəhərsalma modellərindən imtina etməyə, şəhərlərin inkişafı və mənzil tikintisi zamanı yerli materiallara, ənənəvi biliklərə və mədəni xüsusiyyətlərə daha fəal əsaslanmağa çağırır.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Afrika ölkələrinin regional nazirlər görüşündə bildirib.
Onun sözlərinə görə, Afrika şəhərlərinin dayanıqlı inkişafı universal xarici yanaşmalara deyil, yerli konteksti və qitənin təbii imkanlarını nəzərə alan həllərə əsaslanmalıdır: "İdxal edilmiş şəhər inkişafı modellərindən uzaqlaşmağa çağırıram. Mənzil tikintisi prosesində mədəni xüsusiyyətləri nəzərə almaq, yerli materiallardan istifadə etmək, ənənəvi və əzəli biliklərə əsaslanmaq vacibdir. Bundan əlavə, tikinti materiallarının seçimi ilə karbon izi arasındakı qarşılıqlı əlaqəni nəzərə almaq, həmçinin Afrikanın malik olduğu təbii resurslardan maksimum dərəcədə istifadə etmək lazımdır".
A.Rossbax qeyd edib ki, bu gün Afrika sürətli urbanizasiya ilə üzləşir ki, bu da mənzil, infrastruktur və şəhər planlaşdırılması sahəsində uzunmüddətli və dayanıqlı həllərin işlənib hazırlanmasını tələb edir.
O həmçinin dayanıqlı şəhər inkişafı layihələrinin həyata keçirilməsi üçün Afrika ölkələri, beynəlxalq təşkilatlar və maliyyə institutları arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.
Oxşar xəbərlər
2050-ci ilə qədər Afrika şəhərlərinin əhalisi 900 milyon nəfər arta bilər
Anaklaudia Rossbax: Azərbaycan WUF13-ün keçirilməsi üçün müstəsna işlər görüb
Anaklaudia Rossbax: Azərbaycan WUF13-ün keçirilməsi üçün ciddi işlər görüb
Minq və Rossbax Bakıda Malayziya və "UN-Habitat"ın əməkdaşlığını müzakirə ediblər
Rəşad Nəbiyev və Anaklaudiya Rossbax WUF13-ə hazırlığı müzakirə ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Atalıq məzuniyyətinə çıxan kişilərə nə qədər pul veriləcək?
-
ADY-dən Bakı-Tiflis qatarı ilə bağlı açıqlama
-
Anjela Makeyeva İlham Əliyevə və Azərbaycan hökumətinə təşəkkür edib
-
Keniyalı qonaq: "WUF13 Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün mühüm platformadır"
-
Lamiyə Əl Səud: Mənzil təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün başlanğıc nöqtədir
-
İdrissa Di: IDB və UN-Habitat dayanıqlı şəhərlər üçün təbiətyönümlü həllər irəli sürür
