Köçərlinin vəsatəti təmin edildi: Silinən görüntülər...
Bu gün Nəsimi Rayon Məhkəməsində “Liv Bona Dea Hospital"ın “Əli və Nino” kitab mağazasının sahibi Nigar Köçərliyə qarşı qaldırdığı 222 395 manatlıq təzminat iddiası üzrə növbəti məhkəmə iclası keçirilib.
Sizinxeber.Az xəbər verir ki, iclas zamanı Nigar Köçərli əməliyyatxana və ayılma otağında baş verənlərlə bağlı video görüntülərin təqdim olunması üçün vəsatət qaldırıb.
“Salam, dostlar, növbəti məhkəmə iclası indicə bitdi. Çox böyük emosional sarsıntı keçirmişəm. Mənim bir pis və iki yaxşı xəbərim var.
Pis xəbərdən başlayım. Mən hər dəfə iclas zalına o ümidlə girirəm ki, bu sonuncu iclas olacaq. Deyəsən, iclasların sayı hələ çox olacaq və proses aylarla davam edəcək. Növbəti məhkəmə iclası iyunun 5-nə təyin olunub.
Biz bu gün çox yaxşı danışdıq. Şahbaz bəyə də ("Qanun" nəşrlər evinin sahibi, N.Köçərlinin həyat yoldaşı Şahbaz Xuduoğlu - red.), mənə də imkan yaradıldı. İlk dəfədir ki, bizə söz verildi. Mən bir az emosional, Şahbaz bəy isə rasional şəkildə bütün iddialara cavab verdik.
Gözəl xəbər odur ki, birincisi, bu gün məni məhkəmə zalında heç kəs təhqir etmədi. Qarşı tərəf demək olar ki, özünü mədəni aparırdı. Və mən buna görə, əziz dostlar, sizə təşəkkür etmək istəyirəm. Əvvəlki videomda çox dəstək gəldi və mənə elə gəlir ki, onlar bundan sonra özlərini yığışdırdılar.
Bildiyiniz kimi, ilk gündən xəstəxanadan video görüntüləri tələb edirik. Çünki hər şey sübut olunmalıdır. İnanın ki, mən özüm o videolara baxa bilməyəcəyəm, çünki o anı yenidən yaşamaq istəmirəm. Təəssüflər olsun ki, qarşı tərəf hər dəfə yeni bir söz deyir. Gah deyirlər ki, bizdə yoxdur, gah deyirlər ki, ümumiyyətlə video çəkiliş aparılmır, gah da deyirlər ki, silinib.
Biz bu gün məhkəməyə vəsatət təqdim etdik və tələb etdik ki, həmin video görüntülər məhkəməyə təqdim olunsun. Gözəl xəbər odur ki, bizim vəsatətimiz qəbul olundu. Bu, balaca qələbədir, amma yenə də qələbədir. İndi qarşı tərəf videoları təqdim edəcək, ya etməyəcək, bu, başqa məsələdir. Dəstəyinizə görə çox sağ olun, dostlar”, - deyə N.Köçərlinin paylaşımında bildirib.
Xatırladaq ki, N.Köçərli bir müddət öncə əməliyyat olunduğu “Liv Bona Dea” xəstəxanasında diqqətsizlikdən şikayətlənmişdi. Xəstəxana isə pasiyentinin narahatlığına səbəb olan məsələni araşdırmaq əvəzinə məhkəmə iddiası qaldırıb.
Oxşar xəbərlər
Məhkəmə-Hüquq Şurasının iclası keçirilib
Bu gün Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcək
Paşinyana alma atan vətəndaşın işi üzrə məhkəmə iclası başlayıb
Qaqauziya rəhbərinin işi üzrə məhkəmə iclası mina xəbərinə görə dayandırılıb
Milli Məclisin plenar iclası başlayıb, gündəlikdə 15 məsələ var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Az pensiya alanlara ŞAD XƏBƏR: Yeni güzəşt nə ola bilər? — İQTİSADÇI AÇIQLADI
-
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
-
Ən yüksək əmək haqqı bu sahədədir - Deputat
-
Türkiyədə sərnişin mikroavtobusu qəzaya uğrayıb, xəsarət alanlar var
-
İsrail ordusu Livanın cənubunda daha bir zabitini itirib
-
Azərbaycan və Türkiyə parlamentariləri şəhərsalma məsələlərini müzakirə ediblər
