Maryana Doda: Azərbaycan regional sistemdə tarazlıq nöqtəsidir
sizinxeber.az xəbər saytı

Maryana Doda: Azərbaycan regional sistemdə tarazlıq nöqtəsidir


Azərbaycan coğrafi mövqeyi və enerji gücünə görə öz ölçülərindən kənara çıxan əhəmiyyətli oyunçuya çevrilib.

"Sizinxeber.az" xəbər verir ki, bunu Albaniyanın "Argumentum" saytının baş redaktoru Maryana Doda sözügedən saytda yayımladığı təhlil yazısında qeyd edib.

Onun sözlərinə görə, Ukraynadakı müharibənin səbəb olduğu Avropa enerji böhranından sonra alternativ qaz tədarükü dəhlizləri yeni strateji çəki qazandığı zaman Azərbaycanın əhəmiyyəti xüsusilə artıb. Bu kontekstdə Cənub Qaz Dəhlizi, eləcə də onun TANAP və TAP seqmentləri kimi layihələr Azərbaycanı Avropanın enerji təchizatını şaxələndirmək səylərində mühüm halqaya çevirib.

"Azərbaycanın xarici siyasətini onun coğrafi mövqeyini nəzərə almadan başa düşmək mümkün deyil. Azərbaycan eyni zamanda Xəzər dənizində enerji resursları istehsalçısı, Cənubi Qafqazda güc və Avropanı Asiya ilə birləşdirən tranzit dövlətdir", - müəllif vurğulayıb.

M. Dodanın fikrincə, Azərbaycan sadəcə qaz ixracatçısı və ya keçid dövründə olan postsovet dövləti deyil, həm də daimi qeyri-müəyyənliklə xarakterizə olunan regional sistemdə tarazlıq nöqtəsidir.

Oxşar xəbərlər

Latviya Seyminin deputatı: Azərbaycan Qafqazda enerji, tranzit və siyasi təsir mərkəzinə çevrilib
Aİ-nin xüsusi nümayəndəsi: Azərbaycan Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir
Energetika Nazirliyi: Bakı Enerji Həftəsi “yaşıl enerji” gündəmini formalaşdıran beynəlxalq platformaya çevrilib
Politoloq: Azərbaycan ŞƏT-ə üzv ölkələrlə əməkdaşlıqda mühüm rol oynayır
Elnur Soltanov: "Azərbaycan regional və qlobal enerji siyasətində lider mövqeyini gücləndirir"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər