BMT rəsmisi: "Kənddən miqrasiya şəhərdə riskləri artırır"
sizinxeber.az xəbər saytı

BMT rəsmisi: "Kənddən miqrasiya şəhərdə riskləri artırır"


Kənddən miqrasiya şəhərdə riskləri artırır.

"Sizinxeber.az" xəbər verir ki, bunu BMT-nin İqlim Təhlükəsizliyi Mexanizminin məsləhətçisi Antonio Sampayo Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Daha təhlükəsiz və dayanıqlı şəhərlərin formalaşdırılması: Şəhər iqlimi, sülh və təhlükəsizlik üzrə siyasət sənədinin layihəsi"nin müzakirəsində bildirib.

Onun sözlərinə görə, kənddən şəhərə miqrasiya ilə bağlı həssaslıq getdikcə artır: "Bu, eyni zamanda iqlim dəyişikliyinin şəhərlərə təsiri ilə bağlı yaxşı sənədləşdirilmiş bir sahədir. Kənd yerlərində iqlim təsirlərinin güclənməsi bir çox insanı şəhərlərə doğru miqrasiyaya sövq edir. Lakin şəhərlərə gələn insanlar çox vaxt qeyri-rəsmi məskunlaşma ərazilərində, etibarsız əmək bazarlarında və hüququn aliliyinin zəif olduğu məhəllələrdə yerləşirlər. Bu isə onları insan alveri, istismar, dəstə zorakılığı, torpaq mübahisələri və əsas xidmətlərdən kənarda qalma kimi risklərlə üz-üzə qoyur. Beləliklə, miqrasiya yalnız insanların bir yerdən başqa yerə hərəkəti deyil. Bu mövzu bu gün geniş müzakirə olunan humanitar və sosial aspektlərlə də məhdudlaşmır, baxmayaraq ki, onlar son dərəcə vacibdir. Eyni zamanda bu proses kənd yerlərindən şəhərlərə doğru risklərin ötürülməsi və ya yeni risklərin formalaşması mexanizmi kimi də çıxış edir. Şəhərlərdə əhalinin sıxlığının artması isə bu riskləri daha da gücləndirir".

Oxşar xəbərlər

Antonio Sampayo: "Resurs qıtlığı şəhərlərdə qeyri-sabitliyi gücləndirən əsas amildir"
BMT: İqlim, sülh və təhlükəsizlik yanaşmaları risklərin idarə olunmasına hazırlığı artırır
Antonio Sampayo: "Ekosistemlərdəki risklər şəhər sistemlərinə zəncirvari təsir edir"
BMT: İqlim, sülh və təhlükəsizlik kimi mürəkkəb çağırışlar pərakəndə fəaliyyətdən çoxunu tələb edir
BMT: İqlim dəyişiklikləri sülh və təhlükəsizlik risklərini artırır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər