Azərbaycan və BMT arasında əməkdaşlığın cari vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunub
sizinxeber.az xəbər saytı

Azərbaycan və BMT arasında əməkdaşlığın cari vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunub


21 may tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan BMT Baş katibinin müavini Əminə Məhəmmədin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

APA xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, görüş zamanı Azərbaycan ilə BMT arasında əməkdaşlığın cari vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunub.

Tərəflər çoxtərəfli əməkdaşlıq, Dayanıqlı İnkişaf Məqsədlərinin icrası, iqlim fəaliyyəti, eləcə də postmünaqişə dövründə bərpa və yenidənqurma istiqamətində həyata keçirilən təşəbbüslər ətrafında fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov Azərbaycanın beynəlxalq sülh, təhlükəsizlik və dayanıqlı inkişaf gündəliyinə verdiyi töhfələri qeyd edib, ölkəmizin regional əməkdaşlıq və bağlantı layihələrinin təşviqində oynadığı rolu vurğulayıb.

Bununla yanaşı, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, məcburi köçkünlərin təhlükəsiz və ləyaqətli şəkildə geri dönüşünün təmin olunması istiqamətində görülən tədbirlər barədə məlumat verilib.

Tərəflər həmçinin ölkəmizin enerji təhlükəsizliyi və regional bağlantılar sahəsində aparıcı rolu, ölkəmizin Mərkəzi Asiya ilə strateji əlaqələri barədə müzakirə aparıblar.

BMT Baş katibinin müavini Əminə Məhəmməd Azərbaycan ilə BMT arasında tərəfdaşlığın əhəmiyyətini vurğulayaraq, dayanıqlı inkişaf, şəhərsalma, iqlim gündəliyi və humanitar məsələlər üzrə əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edib.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər

Ceyhun Bayramov Estoniyanın xarici işlər naziri Marqus Tsaxna ilə görüşüb
Ceyhun Bayramov İsrail XİN-in baş direktoru ilə görüşüb
Azərbaycan ilə BMT arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə Azərbaycanın COP29 sədrliyinin prioritetlərini müzakirə edib
Ceyhun Bayramov Gürcüstan Parlamentinin sədri ilə görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər