Kaxaber Sxadadze: "Pley-off matçına ciddi hazırlaşmalıyıq"
"Qəbələ" Azərbaycan Premyer Liqasının pley-off oyununa ciddi hazırlaşacaq.
"Sizinxeber.az" xəbər verir ki, bunu adıçəkilən klubun baş məşqçisi Kaxaber Sxadadze Misli Premyer Liqasının sonuncu - XXXIII turunda "Şamaxı"ya qarşı keçirilən oyundan sonra mətbuat konfransında deyib.
O qalib gəldikləri qarşılaşmanı şərh edib:
"Futbolçuları qələbə münasibətilə təbrik edirəm. Turnir cədvəli baxımından oyunun ciddi əhəmiyyəti yox idi. Amma azarkeşləri sevindirmək istəyirdik. Sona qədər dəstək olduqları üçün onlara təşəkkür edirəm. Gözəl qollar vurduq. Amma pley-off matçından qabaq heç bir halda arxayınlaşmaq olmaz. Qarşıdakı oyuna ciddi hazırlaşmalıyıq".
Qeyd edək ki, Qəbələ şəhər stadionunda keçirilən "Qəbələ" - "Şamaxı" oyunu ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə bitib.
Oxşar xəbərlər
"Qəbələ"nin baş məşqçisi: Kaxaber Sxadadze: "Hər oyun bizim üçün finala bərabər olacaq"
Ayxan Abbasov: "İnanıram ki, "Şamaxı"da davamlılığı qorumağı bacaran məşqçi ilə razılıq əldə olunacaq"
"Qəbələ"nin baş məşqçisi: "Yevlax şəhər stadionunda futbol oynamaq olmaz"
"Qəbələ"nin baş məşqçisi: "Futbolçular meydana ağır yüklənmələr fonunda çıxmışdılar"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
