Azərbaycan ilə BMT arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan BMT Baş katibinin müavini Əminə Məhəmmədin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə "Report"a Azərabaycanın Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.
Görüş zamanı Azərbaycan ilə BMT arasında əməkdaşlığın cari vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunub. Tərəflər çoxtərəfli əməkdaşlıq, Dayanıqlı İnkişaf Məqsədlərinin icrası, iqlim fəaliyyəti, eləcə də postmünaqişə dövründə bərpa və yenidənqurma istiqamətində həyata keçirilən təşəbbüslər ətrafında fikir mübadiləsi aparıblar.
C. Bayramov Azərbaycanın beynəlxalq sülh, təhlükəsizlik və dayanıqlı inkişaf gündəliyinə verdiyi töhfələri qeyd edib, ölkəmizin regional əməkdaşlıq və bağlantı layihələrinin təşviqində oynadığı rolu vurğulayıb.
Bununla yanaşı, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, məcburi köçkünlərin təhlükəsiz və ləyaqətli şəkildə geri dönüşünün təmin olunması istiqamətində görülən tədbirlər barədə məlumat verilib.
Tərəflər həmçinin Azərbaycanın enerji təhlükəsizliyi və regional bağlantılar sahəsində aparıcı rolu, Mərkəzi Asiya ilə strateji əlaqələri barədə müzakirə aparıblar.
Ə. Məhəmməd Azərbaycan ilə BMT arasında tərəfdaşlığın əhəmiyyətini vurğulayaraq dayanıqlı inkişaf, şəhərsalma, iqlim gündəliyi və humanitar məsələlər üzrə əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edib.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Ceyhun Bayramov D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi ilə görüşüb
Azərbaycan və Portuqaliya arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib
Ceyhun Bayramov Annalena Berbok ilə Azərbaycanın sülh səylərini müzakirə edib - YENİLƏNİB
Ceyhun Bayramov Monteneqro Xarici İşlər Nazirliyinin dövlət katibi ilə görüşüb
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə regional məsələləri müzakirə edib - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sürücülərin bilməli olduğu VACİB MƏQAM: Bu halda cərimə OLUNACAQSINIZ
-
Əmək pensiyaları ilə bağlı AÇIQLAMA
-
Bu şəxslər avtobus və metroya pulsuz minəcəklər — DETALLAR
-
Mohammed: Müasir şəhərlər və yaşayış məntəqələri dayanıqlı məkanlar kimi inkişaf etməlidir
-
ABŞ Oman körfəzində İrana məxsus tankerdə axtarış aparıb
-
Kazemiro "Mançester Yunayted"dən ayrıldıqdan sonra "İnter Mayami"yə keçməyi planlaşdırır
