Pakistanın Milli Günü münasibətilə Bakıda rəsmi qəbul təşkil edilib - FOTO
Pakistan İslam Respublikasının Milli Günü münasibətilə Bakıda rəsmi qəbul təşkil edilib.
APA xəbər verir ki, tədbir hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin tədbirdə çıxış edib və bu günün əhəmiyyətini vurğulayıb.
Diplomat Azərbaycanın zəngin mədəniyyətinə və tarixinə böyük heyranlıqla yanaşdığını bildirib:
”Ötən il 81 mindən çox pakistanlı turist Azərbaycana səfər edib. Bu ilin sonuna qədər Pakistan Bakıya birbaşa uçuşları bərpa etməklə, ümid edirik ki, bu il yüz min nəfərlik səfər sayını keçəcəyik.
“İki böyük xalqımız arasında mövcud olan bu davamlı dostluq və qardaşlıq, həqiqətən həmrəyliyin rəmzi və qarşılıqlı sevgi, hörmətə əsaslanan əməkdaşlığın güclü nümunəsidir”- Qasım Mohiuddin vurğulayıb.
Tədbirdə çıxış edən Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev Pakistanın milli bayramı münasibətilə Prezident İlham Əliyevin təbriklərini çatdırıb.
Qeyd edib ki, Pakistan hökuməti illərdir ki, rəsmi Bakının mövqeyini ardıcıl və qətiyyətlə dəstəkləyir, beynəlxalq arenada Azərbaycanın maraqlarını müdafiə edən ölkələr sırasındadır. Ölkələrimiz Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləməkdə davam edir.
Nazirin sözlərinə görə, Azərbaycanla Pakistan arasında diplomatik əlaqələr 1991-ci ildə, ölkəmizin müstəqilliyini bərpa etdikdən dərhal sonra qurulub:
”Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən olub və bu, iki ölkə arasında sıx əlaqələrin formalaşmasının başlanğıcı hesab olunur.
O, Müdafiə sənayesi sahəsində əməkdaşlığı vurğulayıb:
”Ölkələrimiz arasında əlaqələr təkcə siyasi sahədə deyil, həm də iqtisadiyyat, müdafiə, ticarət və digər sahələrdə uğurla inkişaf edir.Pakistan müdafiə texnologiyaları, hərbi istehsal və innovasiyalarda mühüm nailiyyətlər əldə edib. Azərbaycan birgə istehsal, texnoloji tədqiqatlar və təlimlərə xüsusi diqqət yetirməklə, Pakistanla müdafiə sənayesi sahəsində əməkdaşlığı dərinləşdirməyə can atır".
Oxşar xəbərlər
Səfir: Pakistan Beynəlxalq Hava Yolları Bakı istiqamətində birbaşa uçuşların bərpa edilməsini planlaşdırır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Pakistanın Azərbaycandakı səfirliyində Müstəqillik Günü münasibətilə tədbir keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda Malayziyanın Milli Günü münasibətilə rəsmi qəbul keçirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Pakistan Baş naziri COP29-da iştirak edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Pakistan səfirliyində Cammu və Kəşmirin İşğal Günü ilə bağlı tədbir keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












