Rövşən Rzayev vətəndaşların müraciətlərini dinləyib
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev növbəti vətəndaş qəbulu keçirib.
"Sizinxeber.az" xəbər verir ki, qəbul zamanı vətəndaşların müraciətləri dinlənilib, qaldırılan məsələlərin müvafiq qaydada araşdırılaraq qanunvericiliyə uyğun şəkildə həll ediləcəyi bildirilib.
Qeyd olunub ki, İlham Əliyevin keçmiş məcburi köçkünlərin doğma yurdlarında rahat və təhlükəsiz yaşayışının təmin olunması ilə bağlı tapşırıqları ardıcıl şəkildə icra edilir.
Həmçinin, Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma prosesini diqqətdə saxladığı və onun göstərişlərinə uyğun tədbirlərin həyata keçirildiyi vurğulanıb.
Komitə sədri vurğulayıb ki, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa işlərinə uyğun olaraq, ilk növbədə, qəzalı və ağır şəraitdə yaşayan keçmiş məcburi köçkünlərin mərhələli şəkildə doğma torpaqlarına köçürülməsi həyata keçirilir.
Belə ki, vətəndaşların müraciətləri əsasən işğaldan azad edilmiş ərazilərə qayıdış, köçürülmənin prinsipləri, sorğularda iştirak, məşğulluq, müvəqqəti məskunlaşma yerlərində mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət və digər sosial məsələlərlə bağlı olub.
Oxşar xəbərlər
Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib
Komitə sədri: Azad edilmiş ərazilərə ilk növbədə qəzalı və ağır şəraitdə yaşayan keçmiş məcburi köçkünlər köçürülür
Rövşən Rzayev Dövlət Komitəsində vətəndaşları qəbul edib
Dövlət Komitəsində növbəti vətəndaş qəbulu keçirilib
Keçmiş məcburi köçkünlər mərhələli formada doğma yurdlarına köçürülür
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Atalıq məzuniyyətinə çıxan kişilərə nə qədər pul veriləcək?
-
ADY-dən Bakı-Tiflis qatarı ilə bağlı açıqlama
-
Lamiyə Əl Səud: Mənzil təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün başlanğıc nöqtədir
-
Vahid Hacıyev: Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası kimi inkişaf etdirilir
-
Anjela Makeyeva İlham Əliyevə və Azərbaycan hökumətinə təşəkkür edib
-
Keniyalı qonaq: "WUF13 Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün mühüm platformadır"
