Qasım Mohiuddin: Azərbaycan və Pakistan arasındakı ticarət səviyyəsi potensialdan aşağıdır
Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin iki ölkə arasında ticarət səviyyəsinin potensialdan aşağı olduğunu bəyan edib.
"Sizinxeber.az"a müsahibəsində səfir qeyd edib ki, hazırda müxtəlif sektorlarda əlaqələrin genişləndirilməsinə ciddi səy göstərilir, ticarətin şaxələndirilməsi və ticarət həcminin artırılmasına böyük diqqət yetirilir:
"Bu çərçivədə biz son zamanlar Preferensial Ticarət Sazişini (PTS) və Tranzit Ticarət Sazişini (TTS) həyata keçirmişik. Həmçinin hazırda enerji sektoru və infrastruktur inkişafı sahəsində əməkdaşlıq müzakirə olunur".
Diplomat xatırladıb ki, ötən həftə İslamabadda Azərbaycan-Pakistan Birgə Komissiyasının 8-ci iclası və Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin 4-cü raundu keçirildi.
"Tərəflər qarşılıqlı maraq doğuran xarici siyasət məsələlərində mövqelərimizi daha da uyğunlaşdırmaq üçün tədbirləri müzakirə etdilər. Həmçinin ticarət və investisiya, enerji, müdafiə, səhiyyə və digər sahələrdə əməkdaşlıq perspektivləri müzakirə olunub", - o deyib.
Səfir hesab edir ki, iki ölkənin biznes strukturları arasında daha çox əməkdaşlığa ehtiyac var:
"Ona görə də burada biznes sektorları arasında daha sıx qarşılıqlı əlaqələri təşviq etməyə çalışıram. Bu istiqamətdə müsbət inkişaf iki ölkənin fond birjaları arasında görüşün keçirilməsidir. Bu gün ikitərəfli əlaqələrimizin sütununu insanlarımız arasındakı sevgi və hörmət təşkil edir. Artıq Azərbaycan pakistanlı turistlər üçün aparıcı istiqamətlərdən birinə çevrilir. Ötən il Pakistandan 80 mindən çox insan Azərbaycana səfər edib".
Səfir 2025-ci il ikitərəfli əlaqələrin bütün aspektlərində şad xəbərlər olacağına əminliyini ifadə edib.
Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.
Oxşar xəbərlər
Dekabrda Azərbaycan-Pakistan Hökumətlərarası Komissiyasının iclası keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan və Monteneqro XİN başçıları regional məsələləri müzakirə ediblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qasım Mohiuddin: Pakistan COP29-un yüksək səviyyədə təşkil olunması üçün Azərbaycana dəstək göstərməyə hazırdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan-Pakistan Hökumətlərarası Komissiyası üç illik fasilədən sonra fəaliyyətini bərpa edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanla Pakistan arasında üç Saziş təsdiqlənib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"
-
Prezident İlham Əliyev Daşkənddə "Gələcəyin İrsi" Beynəlxalq Mükafatının təqdimat mərasimində iştirak edib












