Qasım Mohiuddin: Pakistan COP29-un yüksək səviyyədə təşkil olunması üçün Azərbaycana dəstək göstərməyə hazırdır
Pakistan COP29-un yüksək səviyyədə təşkil olunması üçün Azərbaycana dəstək göstərməyə hazırdır.
Bunu "Sizinxeber.az"a açıqlamasında Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin deyib.
Onun sözlərinə görə, COP29 Azərbaycan üçün əlamətdar hadisədir: "Biz beynəlxalq tədbirin yüksək səviyyədə təşkil olunması üçün hər fürsəti yaratmağa, Azərbaycana dəstək göstərməyə hazırıq".
Səfir Pakistanın Baş naziri Şahbaz Şərifin COP29-da iştirak üçün Azərbaycana edəcəyi səfər çərçivəsində iki ölkənin birgə əməkdaşlığının inkişafı üçün görüləcək işlərdən də danışıb: "Hazırda səfərin gündəliyi məlum deyil. Hansısa sənədlərin imzalanıb-imzalanmayacağı bəlli deyil. Səfərin məqsədi COP29-da iştirak olacaq. Ətraf-mühit, iqlim mövzularında müzakirələr aparmaqda, əməkdaşlıqda maraqlıyıq və COP çərçivəsində Azərbaycana bacardığımız dəstəyi göstərməyə hazırıq".
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ilk hissə bitib - YENİLƏNİR-2
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
