Ermənistanda deputatlığa namizəd Tevanyan barəsində cinayət işi açılıb
Ermənistanın İstintaq Komitəsi "Çiçəklənən Ermənistan" Partiyasından deputatlığa namizəd Andranik Tevanyan barəsində dövlətə xəyanət və casusluq ittihamı ilə cinayət işi başladıb.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə komitənin "Facebook" sosial şəbəkəsində yaydığı bəyanatda deyilir.
Qurumun iddiasına görə, "Ermənistan" blokunun seçki siyahısına daxil edilmiş Tevanyan 2024-cü ildə xarici xüsusi xidmət orqanları tərəfindən ələ alınıb. İddia olunur ki, o, casusluq edib, eləcə də dövlət sirri təşkil edən məlumatları "xüsusilə külli miqdarda - 622 min ABŞ dolları məbləğində mükafat müqabilində" ötürüb.
Qeyd olunur ki, ötürülən məlumatlar 2024-cü ilin aprelində parlamentin qapalı, məxfi iclasında keçirilmiş dinləmələrin gedişatı və nəticələrinə aid olub. Əldə edilmiş məlumatlar əsasında komitədə dövlətə xəyanət və casusluq maddələri üzrə cinayət işi başlanıb.
Bir gün əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan Tevanyanı dövlətə xəyanətdə ittiham edib.
Oxşar xəbərlər
Paşinyan deputatlığa namizəd Andranik Tevanyanı dövlətə xəyanətdə ittiham edib
Dövlətə xəyanətdə təqsirləndirilən İvan Svetliçnıyə hökm oxunub
Azərbaycanda içlərində hərbçi də olmaqla dörd nəfər dövlətə xəyanətdə ittiham olunur
DTX dövlətə xəyanət etməkdə təqsirləndirilən Azər Bağırovu İordaniyadan Azərbaycana gətirib
Eçmiədzinin keçmiş meri barəsində cinayət işi açılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sürücülərin bilməli olduğu VACİB MƏQAM: Bu halda cərimə OLUNACAQSINIZ
-
Əmək pensiyaları ilə bağlı AÇIQLAMA
-
Bu şəxslər avtobus və metroya pulsuz minəcəklər — DETALLAR
-
Mohammed: Müasir şəhərlər və yaşayış məntəqələri dayanıqlı məkanlar kimi inkişaf etməlidir
-
Kobaxidze: Azərbaycanla imzalanan müqavilələr Gürcüstan üçün fundamental əhəmiyyət daşıyır
-
“Aston Villa” Avropa Liqasının qalibi olub
