Türkiyənin ana müxalifət partiyasının son qurultayının nəticələri ləğv edilib, Kılıçdaroğlu yenidən sədr olub
sizinxeber.az xəbər saytı

Türkiyənin ana müxalifət partiyasının son qurultayının nəticələri ləğv edilib, Kılıçdaroğlu yenidən sədr olub


Türkiyənin müxalifətdəki Cümhuriyyət Xalq Partiyasının (CXP) 4-5 noyabr 2023-cü ildə keçirilən qurultayının nəticələri ləğv olunub.

"Sizinxeber.az" xəbər verir ki, bununla bağlı Ankara Bölgə Ədalət Məhkəməsi qərar qəbul edib.

Məhkəmə daha əvvəl Ankara 42-ci Birinci İnstansiya Hüquq Məhkəməsinin qurultayın ləğv edilməsi tələbini geri çevirməsi qərarını ləğv edib. Bununla da sözügedən qurultay və qurultaydan sonra qəbul edilmiş bütün qərarlar ləğv olunub.

Beləliklə, qurultayda CXP sədri seçilən Özgür Özel vəzifəsindən kənarlaşdırılıb, onun qalib gəldiyi Kamal Kılıçdaroğlu isə partiya rəhbərliyinə bərpa edilib.

Sözügedən qərardan sonra açıqlama verən K. Kılıçdaroğlu prosesi partiyanın keçmiş sədrləri ilə birlikdə yürüdəcəyini deyib:

"Heç kim narahat olmasın, partiyamızı bu mübahisələrin içindən çıxaracaq və iqtidar yürüşünü davam etdirəcəyik".

Oxşar xəbərlər

Özgür Özel vəzifəsindən kənarlaşdırılıb, Kamal Kılıçdaroğlu CHP sədri postuna bərpa edilib
Türkiyənin keçmiş müxalifət lideri avtomobil qəzası keçirib
CHP qurultayı ilə bağlı istintaq başa çatıb: Kılıçdaroğlu zərərçəkmiş, İmamoğlu şübhəli olub  
Ədalət Partiyasının qurultayının keçiriləcəyi tarix məlum olub
Rüşvət alan gömrükçü haqda fərqli qərarlar - Azadlığa buraxıldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər