Nazir: "Fələstin Qəzzanın bərpası üçün Azərbaycanın təcrübəsindən istifadə etmək niyyətindədir" - EKSKLÜZİV
Fələstin Muxtariyyəti Qəzza zolağının bərpası zamanı Azərbaycanın münaqişədən sonrakı yenidənqurma təcrübəsinin istifadəsi imkanlarını nəzərdən keçirir.
Bu barədə "Report"a açıqlamasında Fələstin Muxtariyyətinin yerli özünüidarəetmə naziri Sami Hicavi (Sami A. Hijjawi) Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü sessiyasının kuluarlarında bildirib.
Nazir qeyd edib ki, Fələstin və Azərbaycan tərəfi yerli özünüidarəetmə sahəsində əməkdaşlığı dəstəkləyir. "Ötən gün biz ölkə nümayəndələri ilə yerli özünüidarəetmə məsələlərinə həsr olunmuş görüş keçirdik, Qarabağın və hərbi əməliyyatlardan zərər çəkmiş rayonların bərpası çərçivəsində Azərbaycanın gördüyü işlərlə tanış olduq. Əminik ki, təcrübə mübadiləsi və Azərbaycanın bu sahədəki nailiyyətlərindən istifadə genişmiqyaslı və dağıdıcı zərbələrə məruz qalmış Qəzzanın bərpasında bizim üçün müstəsna əhəmiyyət kəsb edəcək. Hesab edirəm ki, bu cür əməkdaşlıq üçün bütün imkanlar var", - S.Hicavi bəyan edib.
Nazir həmçinin vurğulayıb ki, gələcəkdə ölkə "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyalarına əsaslanan genişmiqyaslı dəyişikliklərdə Azərbaycan təcrübəsindən istifadə etmək niyyətindədir.
"Ümid edirik ki, tezliklə bu sahədə mütəxəssis mübadiləsi təşkil olunacaq. Bu məsələni ötən gün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevlə müzakirə etdik və Azərbaycan təcrübəsindən istifadə olunması ilə bağlı razılığa gəldik. Düşünürəm ki, biz ekspertlərimizi, memarlarımızı və mühəndislərimizi Azərbaycanın bu istiqamətdəki təcrübəsini dərindən öyrənmək üçün göndərəcəyik", - S.Hicavi vurğulayıb.
Oxşar xəbərlər
Minq və Rossbax Bakıda Malayziya və "UN-Habitat"ın əməkdaşlığını müzakirə ediblər
KİV: Qəzzanın bərpası 38 milyard dollara başa gələcək
Malayziya WUF13-də öz AP-UAP Platformasını təqdim edəcək
Anaklaudia Rossbax: Azərbaycan WUF13-ün keçirilməsi üçün müstəsna işlər görüb
Fələstin Baş naziri Prezidentə Qəzzanın bərpası planını təqdim edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Az pensiya alanlara ŞAD XƏBƏR: Yeni güzəşt nə ola bilər? — İQTİSADÇI AÇIQLADI
-
Ən yüksək əmək haqqı bu sahədədir - Deputat
-
Türkiyə Sudanın suverenliyini dəstəkləyir - YENİLƏNİB
-
I Böyük Qayıdış Proqramı nə vaxt yekunlaşacaq?
-
ABŞ Oman körfəzində İrana məxsus tankerdə axtarış aparıb
-
"Al Arabiya": ABŞ-İran danışıqlarının yeni mərhələsi iyunun əvvəlində baş tuta bilər
