Tbilisidə Gürcüstan xarici işlər nazirinin Azərbaycana səfər planının təfərrüatları müzakirə olunub
sizinxeber.az xəbər saytı

Tbilisidə Gürcüstan xarici işlər nazirinin Azərbaycana səfər planının təfərrüatları müzakirə olunub


Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyevi qəbul edib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, görüşdə ikitərəfli gündəliyin aktual məsələləri müzakirə olunub. Həmçinin Gürcüstan xarici işlər nazirinin Azərbaycana planlaşdırılan rəsmi səfərinin təfərrüatlarına, habelə Gürcüstan və Azərbaycan arasında İqtisadi Əməkdaşlığa dair Hökumətlərarası Komissiyanın 10-cu iclasının yaxın günlərdə Bakıda keçirilməsi məsələsinə toxunulub.

Tərəflər ölkələr arasında strateji tərəfdaşlığın geniş spektrini yüksək qiymətləndiriblər.

Görüş zamanı ticarət-iqtisadi, nəqliyyat, energetika sahələrində uğurlu əməkdaşlığa xüsusi diqqət yetirilib.

Bunlarla yanaşı, regionun dinc və sabit inkişafının vacibliyi vurğulanıb. Tərəflər Gürcüstan və Azərbaycan arasında nümunəvi strateji əməkdaşlığı daha da dinamik hala gətirməyə hazır olduqlarını bildiriblər.

Oxşar xəbərlər

Azərbaycan səfiri Gürcüstanın XİN başçısı ilə regional məsələləri müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Britaniya səfiri Gürcüstan XİN-ə çağırılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gürcüstanın XİN rəhbəri Aİ səfiri ilə görüşdə siyasi spekulyasiyalardan narahat olduğunu bildirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə regional məsələləri müzakirə edib - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gürcüstan parlamentinin komitə sədri: İrəvanla Bakı arasında normallaşma prosesinə töhfə verməyə hazırıq [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər