Azərbaycan səfiri Gürcüstanın XİN başçısı ilə regional məsələləri müzakirə edib
Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyevi qəbul edib.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, məlumatı Gürcüstan Xarici İşlər Nazirliyi yayıb.
Bildirilib ki, görüş çərçivəsində ikitərəfli gündəliyin cari məsələləri müzakirə edilib, xarici işlər naziri Maka Boçorişvilinin Azərbaycana planlaşırılan rəsmi səfərinin təfərrüatlarına toxunulub. Qeyd olunub ki, tərəflər həmçinin Gürcüstan və Azərbaycan arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti, 10-cu iclasının yaxın günlərdə Bakıda keçirilməsini müzakirə ediblər.
“Tərəflər ölkələr arasında strateji tərəfdaşlığın geniş spektrini bir daha müsbət qiymətləndirdilər. Ticari-iqtisadi, nəqliyyat və enerji sahələrində uğurlu əməkdaşlığa xüsusi diqqət yetirildi. Görüşdə regionun dinc və sabit inkişafının vacibliyi qeyd edilib. Tərəflər Gürcüstan və Azərbaycan arasında mövcud nümunəvi strateji əməkdaşlığı daha da dinamikləşdirməyə hazır olduqlarını bildiriblər”, - nazirliyin məlumatında qeyd olunur.
Oxşar xəbərlər
Gürcüstanın xarici işlər naziri Azərbaycana səfərə gələcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ramil Usubov Gürcüstanın müdafiə naziri ilə strateji əməkdaşlıq əlaqələrini müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramov Gürcüstanın yeni XİN rəhbəri ilə telefon danışığı aparıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan və Gürcüstan xarici işlər nazirləri Maltada görüşüb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tbilisidə Azərbaycanla Gürcüstan arasında konsulluq məsləhətləşmələri keçirilib, protokol imzalanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












