İrlandiya Aİ-nin Kreml ilə əlaqələr qurması ideyasını dəstəkləyib
İrlandiya Avropa İttifaqı (Aİ) Şurasının sədri Antonio Koştanın Rusiya ilə əlaqələr qurmağa başlamaq qərarını dəstəkləyir.
"Sizinxeber.az"un Avropa bürosu xəbər verir ki, bu barədə İrlandiyanın Baş naziri Mixol Martin Brüsseldə jurnalistlərə bildirib.
O, Rusiya ilə diplomatik kanalın açılmasını səhv hesab etmir:
"Bizim fikrimizcə, əlaqə kanalının açılması səhv deyil. Münaqişələrin tənzimlənməsində öz təcrübəmizi nəzərə alaraq, biz belə addımları tənqid etməz və ya mənfi qiymətləndirməzdik".
M.Martin eyni zamanda vurğulayıb ki, Aİ özünü Rusiya və Ukrayna arasında vasitəçi kimi görmür.
Baş nazir həmçinin qeyd edib ki, Rusiyanın Ukraynaya qarşı müharibənin dayandırılması barədə danışıqlara başlamağa hazır olduğuna dair əlamətlər görmür.
M.Martin deyib ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin Aİ liderlərinin görüşündəki çıxışı onun qurumun sammitlərində eşitdiyi ən əhəmiyyətli çıxışlardan biri olub:
"Avropa liderləri arasında Ukraynaya güclü dəstək və münaqişənin dayandırılmasına nail olmaq istəyi qalmaqdadır".
Oxşar xəbərlər
Mixol Martin növbəti müddətə İrlandiyanın Baş naziri olub
Mixol Martin Azərbaycan və Ermənistan liderlərinin sülh səylərini yüksək qiymətləndirib
Aİ İrana qarşı sanksiyaların yumşaldılması üçün əsas görmür
KİV: Kiyev Hindistanı danışıqlarda vasitəçi kimi görmür
Ağ Evdə ABŞ, Avropa və Ukrayna liderlərinin görüşü keçirilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İlham Əliyev: "Bu gün yoxsulluğun və işsizliyin səviyyəsi təqribən 5 faiz təşkil edir"
-
Ağakərim Səmədzadə: "Azərbaycan ekoloji siyasəti iqtisadiyyatın bütün əsas sahələrinə inteqrasiya edir"
-
Cəlal Hüseynov: "Rumıniya klubuna keçidim karyeramda irəliyə atılan addımdır"
-
"İnter" Marko Palestra üçün "Atalanta"ya təklif göndərib
-
Neft Emalı Zavodunda yanğın başlayıb
-
Basqalda şəhid övladlarının "Zəfər" intellektual yay düşərgəsi keçirilib
