"Gürcüstan Dəmir Yolları"nda korrupsiya ilə bağlı ittiham edilənlərin sayı artıb
sizinxeber.az xəbər saytı

"Gürcüstan Dəmir Yolları"nda korrupsiya ilə bağlı ittiham edilənlərin sayı artıb


Gürcüstan Dəmir Yollarında korrupsiya işi üzrə ittiham edilənlərin sayı artıb.

"Sizinxeber.az"un yerli bürosunun məlumatına görə, ölkənin prokurorluğu daha iki nəfərə qarşı ittiham irəli sürüb.

Beləliklə adıçəkilən iş üzrə 10 nəfər ittiham olunur.

Təqsirləndirilən şəxslər mütəşəkkil dəstə tərkibində vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə külli miqdarda dələduzluq, qanunsuz gəlirlərin leqallaşdırılması, saxta vergi və rəsmi sənədlərin hazırlanması və istifadəsində ittiham olunurlar.

Bildirilir ki, cinayətkar qrupun üzvləri 2020-2021-ci illərdə ümumilikdə 22 120 ton metal qırıntısını mənimsəyərək satışından əldə olunan vəsaiti müxtəlif şirkətlərin hesabları vasitəsilə bölüşdürüblər.

İstintaqın məlumatına görə, nəticədə "Gürcüstan Dəmir Yolları"na 17,39 milyon lari (təxminən 6,6 milyon dollar - red) məbləğində ziyan dəyib.

Bundan başqa, 2022-ci ildə relslərin təmiri ilə bağlı müqavilə çərçivəsində görülmüş işlərin həcmi süni şəkildə şişirdilərək sənədləşdirilib. Nəticədə podratçı şirkətə 403,8 min laridən (təxminən 154 min dollar - red) çox artıq vəsait ödənilib.

Prokurorluq saxlanılan şəxslərlə yanaşı, iki nəfərə qiyabi ittiham irəli sürüldüyünü və onların beynəlxalq axtarışa veriləcəyini açıqlayıb.

Oxşar xəbərlər

İki milyon manatlıq mənimsəmədə ittiham olunan meliorasiya rəsmilərinə cəza istənilib
Gürcüstan prokurorluğu müxalifətçi Elisaşviliyə qarşı ittiham irəli sürüb
Ermənistanda icmanın sabiq başçısı dövlətə 454 min dollar ziyan vurmaqda ittiham edilir
400 min manat dələduzluqda ittiham olunan qadına hökm oxunub
KİV: Britaniyada dörd nəfər HHQ-nin təyyarələrinə ziyan vurmaqda ittiham olunur

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər