"Media haqqında" Qanuna təklif olunan dəyişikliklər medianın inkişafına təkan verəcək - RƏY
"Media haqqında" Qanuna təklif olunan dəyişikliklər daxili informasiya məkanının təhlükəsizliyini təmin etməyə, eləcə də yerli medianın inkişafına təkan verməyə şərait yaradacaq.
Bunu "Sizinxeber.az"a Milli Məclisin deputatı Vüqar Rəhimzadə deyib.
O qeyd edib ki, bu xüsusda, media və yayım sahəsində səlahiyyətli Şuranın yaradılması "Dövlət qulluğu haqqında" Qanunun müvafiq maddələrində də dəyişikliklər edilməsini nəzərdə tutur:
"Təqdim olunan qanun layihəsi media sahəsində normativ tənzimləmənin müasirləşdirilməsi, tətbiq mexanizmlərinin gücləndirilməsi, hüquqi müəyyənliyin təmin edilməsi və beynəlxalq standartlara uyğunluğun artırılması məqsədi daşıyır".
Deputatın sözlərinə görə, beynəlxalq təcrübə də göstərir ki, media sahəsində tənzimləmə və inkişaf funksiyalarının vahid və ya əlaqələndirilmiş institusional çərçivədə həyata keçirilməsi daha effektiv nəticələr verir.
V.Rəhimzadə vurğulayıb ki, yeni yaradılacaq Şuranın kollegial idarəetmə modelinə əsaslanması medianın müstəqilliyinə verilən ən böyük töhfədir:
"Media və Yayım Şurası müasir və demokratik bir təsisatdır. Bu islahatlar Azərbaycanın rəqəmsal ekosistemini daha da təhlükəsiz və rəqabətədavamlı edəcək, ölkəmizi regional informasiya mərkəzinə çevirəcək tarixi addımdır. İnformasiya siyasətində dövlətin vahid institusional yanaşması öz növbəsində dezinformasiya dalğasının təsirlərinin azaldılması və bu kimi neqativ hallara qarşı mübarizənin daha effektiv və mərkəzləşdirilmiş formada aparılmasına, daxili informasiya məkanın təhlükəsizliyini təmin etməyə, milli məhsul istehsalını stimullaşdırmağa, yerli medianın inkişafına təkan verməyə, nəticə etibarı ilə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına daha geniş şərait yaradacaq".
Milli Məclisin deputatı bildirib ki, müstəqil mətbuatın inkişafı hər zaman olduğu kimi, bu gün də əsas hədəflərdəndir.
"Atılan hər bir addım dayanıqlı media mühitinin yaradılmasına xidmət edir", - V.Rəhimzadə deyib.
Oxşar xəbərlər
Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq
"Media haqqında" və "Reklam haqqında" qanunlara dəyişiklik edilməsi ilə bağlı ilkin variant hazırlanıb
MEDİA-da Özbəkistanın rəsmi şəxləri ilə görüş keçirilib
"Mədəniyyət haqqında" qanuna dəyişikliklər III oxunuşda qəbul edilib
Mediada saxta məlumatların dərc edilməsinə yol verilməməsinə dair yeni normalar I oxunuşda təsdiqlənib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Moody's" ABB-nin kredit reytinqini təsdiqləyib - YENİLƏNİB
-
Gəncədə iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb
-
ABŞ-da B-52 bombardmançı təyyarə qəzaya uğrayıb
-
Aİ və Ukrayna üzvlük danışıqlarına rəsmi start verib
-
DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilməyib - YENİLƏNİB-3
-
Pezeşkian: İran regionda yeni şərait yarada bilər
