DÇ-2026: Fildişi Sahili yığması Ekvadora qalib gəlib
sizinxeber.az xəbər saytı

DÇ-2026: Fildişi Sahili yığması Ekvadora qalib gəlib


ABŞ, Kanada və Meksikada təşkil olunan futbol üzrə dünya çempionatında daha bir oyun keçirilib.

"Sizinxeber.az"un məlumatına görə, E qrupunda Fildişi Sahili - Ekvador komandaları qarşılaşıblar. Qarşılaşmanın birinci hissəsində qapılara qol vurulmayıb. Matçın ikinci hissəsində Fildişi Sahili əsas vaxtın son dəqiqələrində hesabı açıb – 1:0. Hücumçu Amad Diallo 90-cı dəqiqədə komandasının qələbə qolunu vurub.

Fildişi Sahili seçməsi 2-ci turda, iyunun 20-də Almaniya millisi, 3-cü turda isə Kurasao yığması (25 iyunda) ilə qarşılaşacaq. Ekvador millisi 2-ci turda Kurasao (21 iyun), 3-cü turda Almaniya seçməsi (25 iyun) ilə qarşılaşacaq.

Qeyd edək ki, qrupun ilk matçında Almaniya Kurasao yığmaları üz-üzə gəlib. Qarşılaşma Avropa təmsilçisinin 7:1 hesablı qələbəsi ilə başa çatıb.

Oxşar xəbərlər

DÇ-2026: Almaniya və Niderland milliləri mübarizəyə başlayır
DÇ-2026: Almaniya Kurasaonu böyük hesabla məğlub edib - YENİLƏNİB-11
DÇ-2026: Almaniya millisinin heyəti açıqlanıb, Manuel Noyer komandaya qayıdıb
Dik Advokat: "Kurasao yığması dünya çempionatında öz sözünü deyəcək"
DÇ-2026: Kurasao Almaniya ilə oyunda hesabı bərabərləşdirib - YENİLƏNİR-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər