Gürcüstanın XİN rəhbəri Aİ səfiri ilə görüşdə siyasi spekulyasiyalardan narahat olduğunu bildirib
Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Avropa İttifaqının (Aİ) bu ölkədəki səfiri Pavel Qerçinski ilə görüşündə davam edən siyasi spekulyasiyalardan narahatlığını bildirib.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
Diplomatlar ikitərəfli münasibətlərin əsas aspektlərini müzakirə ediblər. “Aİ ilə əlaqələrin inkişafında qarşılıqlı hörmətin zəruriliyi vurğulanıb. Gürcüstanın təşkilat qarşısında öhdəliklərini yerinə yetirməyə sadiq qaldığı və ölkənin ittifaqa üzvlüklə bağlı işləməyə hazır olduğu təsdiqlənib”, - məlumatda deyilir.
Gürcüstan tərəfi parlament seçkiləri ilə bağlı davam edən siyasi spekulyasiyalardan narahatlığını bildirib, Avropa Parlamentinin qətnaməsi ilə verilən mesajların ölkədə 2020-ci ildəki vəziyyəti xatırladan süni böhranın yaranmasına töhfə verdiyini qeyd edib.
Aİ səfiri öz növbəsində Gürcüstanda baş verənlərlə bağlı narahatlığını ifadə edib.
Müzakirə zamanı həmçinin son dövrlərdə münasibətlərdə yaranmış problemlərin həllinin və gedən proseslərin obyektiv qiymətləndirilməsinin vacibliyi, tərəflər arasında kritik məsələlər üzrə dialoqun zəruriliyi vurğulanıb.
Oxşar xəbərlər
Aİ-nin Gürcüstandakı səfiri hökumətin ittifaqa üzvlük prosesini dayandırmaq qərarını kədərli adlandırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Aİ sammiti: Gürcüstanın quruma qəbul prosesi faktiki dayandırılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gürcüstanın Aİ-yə üzvlüyü prosesi dayandırılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ali nümayəndə: Aİ Gürcüstanın uzaqlaşmasından getdikcə daha çox narahat olur [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gürcüstan Avropaya inteqrasiya üzrə planını AŞ-yə təqdim edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












