Roma Papası: Vaşinqton-Tehran razılaşması Yaxın Şərqdə etimadı və təhlükəsizliyi möhkəmləndirəcək
sizinxeber.az xəbər saytı

Roma Papası: Vaşinqton-Tehran razılaşması Yaxın Şərqdə etimadı və təhlükəsizliyi möhkəmləndirəcək


Roma Papası XIV Lev ABŞ və İran arasındakı razılaşmanın Yaxın Şərqdə qarşılıqlı etimadın, təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsinə töhfə verəcəyinə ümid etdiyini bildirib.

"Report" xəbər verir ki, bu barədə pontifik "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"İran və ABŞ arasında iyunun 19-da imzalanacaq razılaşmanı dialoq çərçivəsindəki səbirli işin ümidverici nəticəsi kimi məmnuniyyətlə qarşılayıram. Tərəflər arasında görüşün təşkilinə kömək edən və bu razılaşmanın əldə olunmasını mümkün edən ölkələrə minnətdarlığımı bildirirəm. Ümid edirəm ki, razılaşma xalqlar arasında dialoq və əməkdaşlığın inkişafına töhfə verərək, Yaxın Şərqdə qarşılıqlı etimadı, təhlükəsizliyi və sabitliyi möhkəmləndirməyə kömək edəcək", - XIV Lev qeyd edib.

Oxşar xəbərlər

Pakistan Prezidenti ABŞ və İran arasındakı razılaşmanı alqışlayıb
Koşta, Ursula fon der Lyayen və Kallas ABŞ və İran arasındakı razılaşmanı alqışlayıblar
Roma Papası Yaxın Şərqdə atəşi dayandırmağa çağırıb
Pedro Sançes: İrandakı münaqişə 7 400 nəfərin həyatına son qoyub
Ərdoğan: ABŞ və İran arasındakı razılaşmanı alqışlayıram

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər