Yaşar Gülər: Azərbaycanla Ermənistan arasında daimi sülh istiqamətində tarixi bir fürsət qapısı açılıb
Azərbaycanla Ermənistan arasında uzunmüddətli sülhün əldə edilməsi istiqamətində tarixi bir fürsət qapısı açılıb. Ermənistanın bunu anlayaraq hərəkətə keçməsinə ümid edirik.
"Report"un Ankara bürosu xəbər verir ki, bunu Azərbaycanın 8 Noyabr - Zəfər Günü ilə əlaqədar Ankarada keçirilən tədbirdə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər bildirib.
Nazir deyib ki, artıq Qafqazın savaşa deyil, dostluq və iş birliyinə ehtiyacı var:
"Bölgənin sabitlik və rifahı üçün hərtərəfli normallaşmanın təmin olunması Türkiyənin əsas gözləntisidir".
Y.Gülər qeyd edib ki, Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində ortaya qoyduğu qəhrəmanlıq türkçülük ruhunun gücündən bəslənib:
"Azərbaycan Ordusunun üçrəngli bayrağı Şuşada və Xankəndində dalğalandırması, öz torpaqlarını almaq üçün göstərdiyi cəsarət tarixin qızıl səhifələrində müstəsna yerini alıb".
O, İkinci Qarabağ Müharibəsi şəhidlərinə rəhmət, qazilərə şəfa diləyib.
Oxşar xəbərlər
Yaşar Gülər: Böyük zəfər Azərbaycan türklərinin illər ərzində məruz qaldığı haqsızlığa ən gözəl cavab oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Şəkidə "Səyyar Gənclər Xidməti" layihəsinin açılışı olub
-
Azercell və "Samsung"dan yeni kampaniya!
-
Vaşinqtonda İsrail-Livan birbaşa danışıqlarının növbəti raundu başlayıb
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
-
Antiinhisar Dövlət Agentliyi AAYDA ilə bağlı araşdırmanı yekunlaşdırıb
