Polşa Prezidenti Zelenskini ölkənin ali dövlət mükafatından məhrum edib
Polşa Prezidenti Karol Navrotski ukraynalı həmkarı Volodimir Zelenskini ölkənin ən yüksək dövlət mükafatı olan Ağ Qartal Ordenindən məhrum edib.
Bu barədə "Gazeta Wyborcza" Polşa Prezident Administrasiyasına istinadən məlumat yayıb.
Məlumata görə, qərarın verilməsinə səbəb Ukrayna Silahlı Qüvvələrinin bölmələrindən birinə “UPA qəhrəmanları” adının verilməsi olub.
Navrotski bəyanatında bildirib ki, “Polşa-Ukrayna münasibətlərində keçilməməli olan sərhədlər mövcuddur”.
Polşa lideri videomüraciətində qeyd edib ki, prezident ölkənin ən ali dövlət mükafatının nüfuzunu və şərəfini qorumağa borcludur.
“Volodimir Zelenskinin Ukrayna Silahlı Qüvvələrinin müstəqil xüsusi əməliyyatlar mərkəzlərindən birinə "UPA qəhrəmanları" adının verilməsinə razılıq verməsindən sonra Şura ilə məsləhətləşərək onu Ağ Qartal Ordenindən məhrum etmək qərarı qəbul etdim”, – deyə Navrotski vurğulayıb.
Məlumata əsasən, Navrotski hələ may ayında Zelenskinin bu mükafatdan məhrum edilməsini təklif etmişdi.
Oxşar xəbərlər
Karol Navrotski rəsmi olaraq Polşa Prezidenti vəzifəsinə başlayıb
Polşa Rusiyaya görə təyyarələrini havaya qaldırıb
Polşa XİN başçısı: Avropa Zelenskini müharibəni davam etdirməyə inandıracaq
Polşa Prezidenti səlahiyyətlərinin icrasına başlayıb
Polşa höküməti: Ukrayna Aİ və NATO-ya üzvlük perspektivini saxlamalıdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İlham Əliyev: "Bu gün yoxsulluğun və işsizliyin səviyyəsi təqribən 5 faiz təşkil edir"
-
Basqalda şəhid övladlarının "Zəfər" intellektual yay düşərgəsi keçirilib
-
Bakıda ITFC ilə yeni 3 milyard dollarlıq sazişlər imzalanıb
-
Tural Əsgərov: "Elvin Cəfərquliyevlə maraqlanan klubların sayı çoxdur"
-
Xankəndi şəhərinə növbəti köç karvanı yola salınıb
-
Conatan Devid Kanada millisinin tarixinə düşüb
